Bu, neft hasilatının azalması ilə nəticələndi.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının qəbul etdiyi neft hasilatını azaltmaq qərarı ABŞ-ın nə Fars körfəzində, nə də neft bazarında artıq “komanda” olmadığına işarə idi.
Bu, Amerikanın Yaxın Şərqdə hegemonluğu dövrünün başa çatdığını deməyə əsas verir. Amerikanın “The Washington Post” qəzeti belə qənaətə gəlib.
Yaxşı və ya pis, Amerikanın Yaxın Şərqdə hegemonluğu dövrü başa çatıb.
Qəzetin yazdığına görə, neft hasilatının azaldılması ilə bağlı son qərar neftin qiymətinin 6%-dən çox bahalaşaraq bir barel üçün 85 dollara çatmasına səbəb olub. Nəşrin fikrincə, bu, inflyasiyanı cilovlamağa və tənəzzüldən qaçmağa çalışan Amerika rəhbərliyinə ağır zərbə olub.
“The Washington Post” yazır ki, ABŞ baş verənlərə kifayət qədər sakit reaksiya verib, lakin neftin qiymətinin 100 dollar/bareldən yuxarı qalxacağı təqdirdə Amerika rəhbərliyinin “bu barədə nəsə edə biləcəyi” bəlli deyil. Nəşr iddia edir ki, ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının lideri Məhəmməd bin Salmanın ehtiyaclarını ödəyə biləcək biri deyil.
Şayəstə





