
“WhatsApp”ın iPhone üçün olan yeni 2.17.30 versiyasında istifadəçilər üçün bir neçə yeni funksiyasını təqdim edib.
RƏNGLİ EFFEKTLƏR
iPhone istifadəçiləri telefonlarında olan foto, video və GIF fayllarından birini seçərək 6 fərqli rəng effektindən birini seçilən fayla tətbiq edə bilərlər.
ALBOM FUNKSİYASI
Bu, proqramın ikinci yeniliyidir ki, bir istifadəçidən ard-arda bir neçə foto qəbul edildikdə, bu albom şəklində yaddaşa verilir.
YENİ CAVABLAMA QISAYOLU
Bu, istifadəçilərin ən çox sevəcəyi funksiyadır. Belə ki, artıq istifadəçilər cavablamaq istədikləri mesajı sağa doğru çəkərək sürətli şəkildə cavablaya biləcəklər.(Qaynarinfo)



