02-05-2017 12:29“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik edəcək.
Söhbət pəncərələrini yuxarıda sabitləşdirmək üçün olan özəllik yaxın zamanlarda tətbiq ediləcək.
Yeni özəllik sadəcə 3 söhbət pəncərəsini sabitləməyə xidmət edəcək. Sabitlənmiş pəncərələrin yeri istənilən an dəyişdirilə və başqa bir pəncərə ilə əvəz edilə bilər.
Qeyd edək ki, bu yenilikdən istifadə etmək üçün “WhatsApp”ın 2.17.162 və ya 2.17.163 versiyalarını yükləməli olacaqsınız.(qaynar)
Çingiz



