Musavat.com bildirir ki, artıq Xədicə İsmayılın mənzilində aparılan axtarış sona çatıb. Prokurorluq nümayəndələri evdən yalnızca müxtəlif vizitkalar tapa biliblər. 

X.İsmayılın anası Elmira İsmayılova bildirib ki, evdə demək olar ki hər yeri axtardılar. Səbəb kimi Tural Mustafayevlə Xədicə İsmayıl arasında olan yazışmaları ortaya çıxarmaq göstərilib.











