aparan Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında bu barədə dünən Səbayel rayon məhkəməsi qərar qəbul edib.CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin mahiyyəti nədən ibarətdir və bu əməldə təqsirləndirilən şəxsi hansı cəza gözləyir? Bununla bağlı hüquqşünas Xəyal Feyzullayev Analitik.az-a şərhində bildirdi ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində özünü öldürmə həddinə çatdırma dedikdə – təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma – başa düşülür..jpg)
Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onu təhqir etmə, söymə, məsxərəyə qoyma, ona böhtan atma, onun haqqında rüsvayedici məlumatlar yayma və s. başa düşülür.
Hədə-qorxu gəlmə zərərçəkmiş şəxsi maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər. Maddi asılılıq dedikdə, zərərçəkmiş şəxsin təqsirkarın tam və ya qismən himayəsində olmasını, ondan maddi yardım alması və s. nəzərdə tutulur.
Xidməti asılılıq dedikdə, işçinin müdiriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür.
Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür (məsələn, müəllimlə tələbə, faktiki münasibətdə olan kişi ilə qadın arasında olan asılılıq və s.).
Hüquqşünas qeyd edir ki, bütün bu halların mövcudluğu zərərçəkmişlə təqsirkarın qarşılıqlı münasiətlərinin fərdi qiymətləndirilməsindən asılıdır. Hər hansı əməldə CM-in 125-ci maddəsinin tərkibinin olub-olmaması konkret istintaq aparılması, şəxslərin arasındakı münasibətlərə dair faktların qiymətləndirilməsi ilə müəyyənləşdirilə bilər. Bu da aidiyyti üzrə istintaq oraqının səlahiyyətindədir.
Əməlində CM-in 125-ci maddəsinin tərkibi olan təqsirkar şəxsin üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.