Alimlər gen səviyyəsində xərçəng hüceyrələrinin inkişafının qarşısını almağı öyrəniblər.
Elchi.az-ın Milli.az-a istinadən məlumatına görə, Şərqi İngiltərə Univeristetinin alimləri xərçəng şişləri genlərini araşdırarkən belə bir yeniliyi kəşf ediblər.
Söhbət WWP2 genindən gedir. Bu gen orqanizmdəki bəd xassəli şişlərin inkişafı prosesində aktiv iştirak edir.
O üzdən WWP2 geninin bloklanması ilə xərçəng şişinin qarşısını almaq mümkündür. Bu nəzəriyyə laboratoriya sınaqları ilə də təsdiqlənib.
Bu bilgilərlə xərçənglə mübarizə üçün yeni dərman vasitələri hazırlamaq planlaşdırılır.



