"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xəzər və Abşeron uğrunda ABŞ-Rusiya savaşı – özəl məlumatlar

20 Oktyabr 2014 - 09:05
in SİYASƏT

bp-nin “Bakı buxtası”ndakı iki sirli gəmisi gizli müharibəni tətikləyib; Rus gəmilərinin Bakı sahillərinə gəlməsiimg1658976 faktının arxasında böyük və mübhəm proses var; Kreml Xəzəri tam halda rəsmi Bakıdan istəyir, ancaq ABŞ-la anlaşmalar buna imkan vermir; Putin Amerikanın Xəzər dənizi ilə əlaqəsini kəsmək niyyətindədir…

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfərə gəlməsi xəbəri yayıldı. Ordinar olmayan bu hadisə mətbuata və ictimaiyyətə ifrat açıqlığı ilə seçildi. Dənizçilər Fəxri Xiyabana və Bayraq Meydanına getdilər, görüşlər keçirdilər, futbol oynadılar…
Yeri gəlmişkən, bu sətirlər yazılarkən, rus gəmiləri və dənizçiləri hələ də Bakı sularında və torpaqlarında idilər…
Yerli media olaydan yenə yazdı, bəzi ekspertlər bu olayın Həştərxan görüşündən dərhal sonraya təsadüf etməsinin adi məsələ olmadığına dair şübhələrini bildirdilər. Lakin məsələnin arxa pərdəsi barədə bilgiləri ortaya çıxaran olmadı.
“Yeni Müsavat”ın Avropadakı təmsilçilərinə danışan Qərbin bəzi diplomatik qaynaqları isə açıq şəkildə deyiblər ki, onlar bu prosesdən narahat və narazıdırlar: “Xəzər Amerika və Avropa üçün strateji və həyati obyektlərdəndir. Həm də yalnız neft və qaz istismarına görə deyil…”
Bu qaynaqlar iddia edirlər ki, Rusiya Azərbaycan hakimiyyəti ilə kompleks anlaşmaq niyyətindədir və bu “kompleks anlaşma” proqramına ABŞ və digər Qərb ölkələrini Xəzərdən tamamilə vurub çıxartmaq, onların bu strateji göl-dənizlə əlaqəsini kəsməkdir: “Buna yol vermək olmaz, bunun üçün savaşacağıq və Xəzərdə qalacağıq”, – deyə Qərb qaynaqları bildirib.
Belə məlum olur ki, Rusiya Azərbaycanla Xəzərə aid ortaq qurum yaratmaq təklifi verib və əgər bu qurum yaranarsa, Azərbaycan Xəzərin qorunmasına dair hüquqları Rusiyaya dövr etmiş olur: “Bu da Azərbaycanla Amerika və NATO arasında Xəzərə dair anlaşmalara ziddir”, – deyə qaynağımız izah edir: “Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlığa dair Əməliyyat (İPAP) sənədi, istərsə də Birləşmiş Ştatların Avropadakı Komandanlığının – EUCOM-la ”İş Planı” çərçivəsində Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi təhlükəsizlik tədbirləri mövcuddur. Bu tədbirlər əsasında NATO və ABŞ Azərbaycana su sərhədlərinin qorunması üçün kifayət qədər böyük yardım göstərib. Bu iş üçün böyük yatırımlar da qoyulub… İndi isə Rusiya Amerikanı Xəzərdən çıxartmaq üçün Azərbaycanla anlaşmağa çalışır “ – deyib Qərb təmsilçiləri…
Qeyd edək ki, ABŞ səfiri Riçard Morninqstarın aprelin sonunda Vaşinqtonda keçirilən tədbirdə  hakimiyyətə yönəlik sərt tənqidlərinin yaranma səbəblərindən biri də Azərbaycanın bir sıra məsələlərdə Rusiya ilə anlaşma prosesi içərisində olması ilə bağlanmışdı. Morninqstar bizim başlıqlarda əks etdirdiyimiz məsələlər üzrə məlumatlı mütəxəssislərdəndir – o, uzun müddət ABŞ-ın Xəzər dənizi üzrə enerji məsələlərinə dair xüsusi nümayəndəsi olub.
ABŞ-ın Xəzərdə sıxışdırılması prosesi və bununla bağlı başlanan gizli savaş barədə yuxarıda təqdim etdiyimiz anons-məlumatı araşdıran “Yeni Müsavat” əməkdaşları daha bir sensasion bilgi əldə ediblər. Qərbin diplomatik qaynaqlarının təmsilçiləri ilə söhbət edən zaman onların dilindən çıxıb ki, Rusiya bp şirkətinə məxsus iki xüsusi təchizatlı gəminin Xəzərə buraxılmasına etiraz edib və əslində 16 oktyabrda Bakıya göndərilən döyüş gəmilərinin əsas missiyası da “vurarıq” mesajı verməkdən ibarətdir: “bp gəmiləri Batumdan xüsusi konstruksiya kimi, hissələrlə Bakı buxtasına daşınıb, burada yığılmaqdadır, işlər tamamlanıb, lakin indi onların Xəzərə buraxılması müşgülə dönüb. Rusiya qəti və birmənalı etiraz edir”.
Belə məlum olur ki, iki bp gəmisi xüsusi radarla təchiz olunub: “Bu radarlar yeni neft-qaz yataqları axtarmaq üçündür. Gəmilər ən müasir texnologiyalar əsasında təchiz olunublar. Lakin Rusiya şübhələnir ki, onların fərqli təyinatları var və bu səbəbdən də onları Xəzərə buraxmamağa çalışır ”.
Bazar günü olduğu üçün bp şirkəti ilə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirə bilmədik. Lakin bunu həftənin ilk iş günündə etməyə çalışacağıq.
Bakıdakı bəzi qaynaqlarla da – əslində siyasət mühəndisləri (ekspertlərlə) –  skyape  və fərqli yollarla əlaqə saxladıq. Onlardan belə bir prosesin getməsinə dair məlumatlı olub-olmadıqlarını sorduq. Daha bir məsələyə dair də fikirlərini aldıq  – Rusiya Amerikanı Xəzərdən qova bilərmi? Azərbaycan bu projedə yer alarmı?
4-5 siyasət mühəndisinin cavablarını (onların bəzilərinin biri digərlərinə ziddir) bu cür icmallaşdırmaq mümkündür:
Rusiya bunu istəyir, bu istiqamətdə də çalışır;
Azərbaycan hər iki tərəflə də oynayır, lakin öncədən olan anlaşmalar rəsmi Bakıya Rusiya tərəfində çıxış etmək imkanları vermir;
Proses gedir, Xəzəri “yankilərdən” təmizləmə prosesində general Nəcməddin Sadıkov olduqca fəaldır və proses üçün ayrılıb;
Rusiya Dağlıq Qarabağı və işğaldakı digər torpaqları qaytarmaq şərti ilə, Azərbaycandan Avrasiya və Gömrük İttifaqlarına qoşulmağı, eləcə də Xəzəri istəyir;
Rusiya olası İran təcavüzünə qarşı Azərbaycanın su sərhədlərini qorumaq üçün təkliflərdə bulunub, “Bakı buxtası”na lövbər salan rus hərbi gəmiləri “bura bizə aiddir”  mesajını İrana verib;
Putin tələsir, ölkəsi xaosa gedir, bu səbəbdən də  Avrasiya, Gömrük İttifaqları layihəsini gerçəkləşdirmək üçün açar ölkə olan Azərbaycanı sıxışdırır…
Beləliklə, aydın olan bir məqam var. Azərbaycan və dənizimiz uğrunda Qərblə Rusiya arasında bir savaş gedir. Rəsmi Bakı bu intriqalardan maksimim yararlanmağa çalışır. Xalqın isə heç nədən xəbəri yoxdur. O, hərdən gəlib-gedən qonaqlara və gəmilərə əl edir…
 
“Yeni Müsavat”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kreml yanındakı ölkələri batıracaq

Next Post

İŞİD-dən 45 ölü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İŞİD-dən 45 ölü

Şabranda cavan gəlinin evli kişi ilə qaçmasının müdhiş detalları - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.