"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xəzərdə müşahidə olunan təhlükəli dalğalar: 8 metr…

30 Noyabr 2023 - 11:05
in CƏMİYYƏT

Milli Hidrometeorologiya Xidməti Xəzər dənizində müşahidə olunan təhlükəli dalğalar barədə məlumat yayıb.
Xidmətdən Elchi.az-a verilən məlumata görə, Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır.
Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük hündürlüyə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası.
Xəzər dənizi üzərində güclü, qasırğalı küləklər cərəyan edir və belə küləklərə təqribən ilin 250 günü rast gəlmək mümkündür. Sözsüz ki, bu küləklər dəniz səthini hərəkətə gətirir, dalğalanmaya səbəb olur. Sahilə yaxınlaşdıqca dalğaların dəniz dibinə sürtünüb zəiflədiyi halda dalğalanma dərəcəsinin qiyməti də azalır.
Xəzər dənizi üçün maksimum dalğa hündürlüyü Abşeron yarımadası akvatoriyası yaxınlığında qeydə alınır. Şimal-qərb istiqamətli qasırğaların gücü 25 m/san-yə qədər yüksəldikdə, qasırğanın episentrində dalğa hündürlüyü 7,5-8,0 m, ekstremal qasırğalar zamanı isə 9-10 m-ə qədər yüksəlir.
“Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” Dövlət İnvestisiya layihəsi çərçivəsində 2020-ci il 28 may tarixində Neft Daşları akvatoriyasında, iyunun 3-də 28 May neft yatağında, martın 23-də Darvin Bankəsi dəniz məntəqəsində, iyunun 14-də Xərə-Zirə adası yaxınlığında 4 dəst avtomat stansiyalar (AWS-430) quraşdırılaraq istifadəyə verilib.
Açıq dəniz akvatoriyasında yerləşən Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında aparılan müşahidə məlumatlarına əsasən 2013-2023-cü illər ərzində qeydə alınmış maksimal dalğaların hündürlüyü aşağıdakı qrafikdə verilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ronaldoya qarşı 1 milyard dollar təzminat iddiası

Next Post

Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək…

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək…

Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək...

İngiltərədə Nottingem Bələdiyyəsi iflas etdi

İngiltərədə Nottingem Bələdiyyəsi iflas etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.