
Bu günlərdə “Xalq Cəbhəsi” qəzeti nəşrə başlamasının 15-ci ildönümünü qeyd edir.
2001-ci il noyabrın 20-də ilk dəfə oxucularının görüşünə gələn qəzet ölkənin ictimai rəyində özünə layiqli yer tutub.
Bu illər ərzində fasiləsiz olaraq qəzet istehsal etməyi bacaran kollektiv hələ də işinin başındadır, cəmiyyətin informasiyaya tələbatını ödəməyə çalışır.
“Elçi” qəzetinin kollektivi istedadlı jurnalist, şair və publisist Elçin Mirzəbəylinin rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzetinin yaradıcı kollektivini qəzetinin yaranışının 15-ci ildönümü münasibətilə təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayır.



