Ayətullah İsrailin hərəkətlərini soyqırım adlandırıb.
İsrail cinayət törətməkdə davam edərsə, müsəlmanlar və müqavimət qüvvələri “çılğınlığa gedəcək” və heç kim onların qarşısını ala bilməyəcək.
Elchi.az xəbər verir ki, “Tasnim” agentliyinin verdiyi məlumata görə, bu sözləri İranın ali dini lideri Əli Xamenei deyib.
“Bu cinayətlər davam edərsə, müsəlmanlar dəli olacaq, müqavimət qüvvələri dəli olacaq və heç kim onların qarşısını ala bilməyəcək”, – Xamenei deyib.
Ayətullah qeyd edib ki, İsrailin hazırkı hərəkətləri bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verən soyqırımdır. O, İsrail hökumətinin bütün üzvlərini mühakimə etməyə çağırıb və İsrail tərəfinin hərəkətlərinin ABŞ-ın rəhbərliyi altında olduğunu vurğulayıb. İranın Ali Rəhbəri Qəzza zolağının bombalanmasına dərhal son qoymağa çağırıb.
Şayəstə Hüseynova






