"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xamenei ilə Ərdoğanın qaynar müzakirəsi – Qarabağdan da danışdılar

19 İyul 2022 - 15:59
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Suriyanın şimalına hər hansı hərbi hücum mütləq Türkiyəyə, Suriyaya və bütün bölgəyə zərər, terrorçulara fayda verəcək.

Elchi.az  xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Xamene Suriyanın ərazi bütövlüyünün qorunmasının çox vacib olduğunu vurğulayıb.

İki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsinin zəruriliyini vurğulayan Xamenei iqtisadi əməkdaşlığın həcmini və keyfiyyətini mövcud imkanlardan qat-qat az səciyyələndirib.

O, İslam ümmətinin ləyaqətinin ixtilafların aradan qaldırılması və təfriqəçi siyasətlərə qarşı ayıq-sayıq olmasından asılı olduğunu deyib və əlavə edib:

“Regionda ixtilaf və düşmənçiliyin səbəblərindən biri də ABŞ-ın dəstəklədiyi sionist rejimdir”.

Seyid Əli Xamenei Fələstini İslam dünyasının ilk məsələsi hesab edib və vurğulayıb ki, bəzi dövlət başçılarının İsrailə meyl etməsinə baxmayaraq, xalqlar bu rejimlə kəskin şəkildə müxalifdirlər.

Xamenei ABŞ və İsrailə arxalanmamaq lazım olduğunu vurğulayaraq deyib: “Bu gün nə sionist rejim, nə ABŞ, nə də başqaları fələstinlilərin hərəkatını dayandıra biləcək və son nəticə Fələstin xalqının xeyrinə olacaq”.

Ayətullah Xamenei daha sonra Suriyanın ərazi bütövlüyü məsələsini çox vacib hesab edib. O, Suriyanın şimalına hərbi hücumla bağlı bəzi sitatlara toxunaraq əlavə edib: “Bu hücum şübhəsiz ki, Suriyanın, Türkiyənin və regionun ziyanınadır. Bu, həmçinin Suriya hökumətinin siyasi tədbirlərinin reallaşmasına imkan verməyəcək”.

Türkiyə prezidentinin terror qruplaşmalarına nifrətinə toxunan ali dini lider “Terrora qarşı çıxmaq lazımdır, lakin Suriyaya hərbi hücum terrorçuların xeyrinə olacaq, baxmayaraq ki, terrorçular konkret qrupla məhdudlaşmır” deyib.

Xamenei Türkiyə prezidentinin terror qruplaşmaları ilə mübarizədə İranın əməkdaşlıq istəyinə cavab olaraq deyib:

“Terrorla mübarizədə şübhəsiz ki, sizinlə əməkdaşlıq edəcəyik».

İranın Türkiyənin və sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi gördüyünü vurğulayan Ayətullah Xamenei Ərdoğana “Suriyanın təhlükəsizliyini də öz təhlükəsizliyiniz kimi qəbul etməlisiniz. Suriya məsələləri danışıqlar yolu ilə həll olunmalıdır. İran, Türkiyə, Suriya və Rusiya bu məsələyə dialoq yolu ilə son qoymalıdır” deyib.

O, həmçinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib:

“Əlbəttə, əgər İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdi Azərbaycan üçün rabitə yolu olub”.

Xamenei İran və Türkiyə arasında bütün regional məsələlərdə əməkdaşlığın gücləndirlməsini faydalı və zəruri hesab edib.

İran prezidenti İbrahim Rəisinin də iştirak etdiyi görüşdə Rəcəb Tayyib Ərdoğan İslam xalqının birləşməsini, İran və Türkiyə arasında həmrəyliyin artırılmasını zəruri hesab edib.

“Türkiyə İrana qarşı təzyiq tədbirləri qarşısında heç vaxt susmayıb. İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir”.

Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaların hər zaman əleyhinə olduğunu və olacağını vurğulayan Ərdoğan “Biz İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana investisiya qoymağa təşviq edirik” deyib.

O, həmçinin İran və Türkiyənin uzun illərdir terrorçularla qarşıdurmasına işarə edərək, “Suriyadakı terror qruplaşmaları Almaniya, İngiltərə, Fransa və xüsusilə də ABŞ kimi Qərb ölkələri tərəfindən güclü şəkildə dəstəklənir” deyib.

Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin bəlli olduğunu bildirən Ərdoğan deyib: “Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana sammitində Suriya məsələsi gündəmdədir və ümid edirik ki, yaxşı nəticələr əldə edəcəyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident rektoru vəzifədən AZAD ETDİ

Next Post

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

COVID psixi duruma mənfi təsir edib – ÜST

COVID psixi duruma mənfi təsir edib - ÜST

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.