Ali dini lider: “Pis razılaşma tərəfdarı deyiləm”
“Biz dünyanın fövqəlgücləri ilə “yaxşı” nüvə razılaşmasına tərəfdarıq. Tərəflərdən heç birinin istədiyi hər şeyi əldə etmədiyi bir sazişi dəstəkləyirik.”
ANS PRESS-in məlumatına görə, bunu İranın Ali dini lideri Ayətulla Əli Xamenei deyib.
İSNA agentliyinin yaydığı bəyanatda deyilir: “Əldə edilən istənilən sazişə razıyam. Əlbəttə, pis razılaşma tərəfdarı deyiləm. Ölkənin milli maraqlarına zidd olan istənilən sənədi “pis saziş” adlandırıram.”
Bu bəyanatın verildiyi gün İranın xarici işlər naziri Cavad Zərif Münhendə Təhlükəsizlik Konfransında deyib ki, Tehranın nüvə proqramı üzrə sazişin son tarixini uzatmağa ehtiyac yoxdur.
Xatırladaq ki, ABŞ, Rusiya, Çin, Fransa, Almaniya 12 ildir İranın nüvə proqramı üzrə nəticəsiz danışıqlar aparır. Qərb İranın həmin proqramdan yararlanaraq nüvə silahı hazırladığını iddia edir.
ANS PRESS



