"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xankəndidəkilərlə “qeyri-formal əlaqə” qurulur? Necə?

10 Oktyabr 2022 - 13:10
in GÜNDƏM

Praqada dördtərəfli görüş fonunda əsas diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qarabağda yaşayan ermənilərlə bağlı dedikləri idi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

  • Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla;
  • Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq.
    Prezidentin bu iki fikri “nəyə hesablanıb və hansı addımlar planlaşdırılır” məsələsini ön plana çıxarır.
    Əliyev müsahibəni dördtərəfli görüşün birinci hissəsindən sonra verdi. İstisna deyil ki, görüşün birinci hissəsində Qarabağdakı etnik ermənilərin hüquqlarını təsbit etməyə hesablanmış hansısa məsələləri masaya gətirmək istəyiblər, Ermənistanla yanaşı, Fransanın masada mövcudluğu da bu ehtimalı artırır, hərçənd, Prezident bundan qəti şəkildə imtina edib və görüşdə sərgilədiyi mövqeyi ictimaiyyətlə də paylaşdı.
    “Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq” açıqlamasının məqsədi də elə “Qarabağ daxili işimizdir” mövqeyinin praktiki tərəfinə diqqət çəkmək idi.
    Hərçənd, bu proseslərdə müəyyən məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var, xüsusilə Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələrin Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda yaratdığı ziddiyyətə.
    İrəvanın bu mövqeyində birdən çox məqsəd var:
  • Ermənistan hakimiyyəti Qarabağdakı ermənilərdən xilas olmaq niyyətindədir və Paşinyan bunu gizlətmir: bununla sülh müqaviləsini imzalamaq imkanı qazanır, eyni zamanda, separatçıların taleyini Rusiyanın üzərinə qoyur;
  • “Bakı-Xankəndi formatı”nı gündəmə gətirməklə separatçıların “tərəfə” çevirilməsi imkanını da nəzərədən keçirir.
    Bu kontekstdə Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr “separatçıları tərəfə çevirə bilərmi” sualını yaradır. Bunun birmənalı cavabı var: Xeyr.
    Təkcə ona görə yox ki, “status”, yaxud buna kiçik də olsa imkan yarada biləcək məsələlərlə bağlı rəsmi Bakının mövqeyi ən yüksək səviyyədə bəllidir, eyni zamanda, Qarabağda kimlərləsə “tərəf” kimi masaya əyləşmək Azərbaycanın dövlət quruluşuna ziddir və müharibə bu kimi ssenariləri tamamilə sıradan çıxarıb.
    O zaman sual yaranır: Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir?
    Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvana masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır; Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır;
    İkincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir, yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları – Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər; Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər “qeyri-formal əlaqələr” müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür.

Bunun əksi – təmasların siyasi səviyyədə qurulması müzakirə mövzusu ola bilməz.
Bu təmaslar niyə vacibdir?
Xankəndidə bayrağımızın dalğlanmasının iki yolu var:
a) Hərbi əməliyyatla bölgəni təmizləmək;

  • Rusiya sülhməramlılarının bölgədə olması bu imkanı azaldır;
  • Bunun baş verməsi Azərbaycana qarşı “soyqırım” ittihamlarını və bu ittihamların rəsmiləşməsi risklərini aktuallaşdırır;
  • Antiterror əməliyyatı ilə separatçıları və qalıqları təmizlənsə belə, erməni əhalini vətəndaşlığı qəbul etməyə sövq etmək güc yolu ilə çətin olacaq;
  • Belə bir addım Ermənistanın “Qarabağ münaqişəsi”nin başlanması səbəbi kimi göstərdikləri “etnik münaqişə” ssenarisinin yenidən təkrarlanmasına gətirib çıxara bilər;
  • Və nəhayət, istədiyimiz “birgəyaşayış planı” baş tutmaya, bölgədə maraqlı tərəflərin əlinə “əsas” verə bilər: bu, həm də rus qüvvələrin bölgədə daha uzunmüddətli qalması perspektivini gücləndirər;
    b) Erməni əhali ilə təmaslar qurmaq, birgəyayışın bünövrəsini formalaşdırmaq; Azərbaycanın hədəfi budur və Qarabağda erməni əhalisinin ən azı müəyyən hissəsinin vətəndaşlığımızı qəbul etməsi, yaxud buna isti münasibəti vəziyyəti dəyişdirəcək; bu, Azərbaycana imkan verə bilər ki, zərurət yaranarsa, öz vətəndaşlarının müdafiəsi məqsədilə separatçı-terrorçulara qarşı əməliyyatlar da həyata keçirsin;
    Bizim hədəfimiz erməni əhalisi ilə separatçı-terrorçuları bir-birindən ayırmaqdır.
    Asif Nərimanlı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Baxmutu buna görə almağa çalışır – Britaniya

Next Post

“Rusiya əsas hədəf kimi indi bu ölkələrə…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
“Rusiya əsas hədəf kimi indi bu ölkələrə…”

"Rusiya əsas hədəf kimi indi bu ölkələrə..."

Cavab atəşi: Ukrayna Rusiyanı vurdu

Cavab atəşi: Ukrayna Rusiyanı vurdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.