"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xanlar Vəliyev Naxçıvanda hərbçilərlə görüşdü

04 Sentyabr 2023 - 13:03
in HADİSƏ

Baş prokurorun müavini-Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Naxçıvanda yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Hərbi Prokurorluğun mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçilərə ən xoş arzularını ifadə edən Hərbi prokuror Xanlar Vəliyev əvvəlcə, 2023-cü ilin Heydər Əliyev ili olduğunu vurğulayaraq, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, eləcə də milləti və Vətəni qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. Ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxışında, həmçinin bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, müdrik siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın dərin düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən mənfi proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə cavab verməklə, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

General-polkovnik Kərəm Mustafayev və digərləri çıxış edərək bənzər məzmunda danışıblar.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Onların qayğı və problemləri, məişət şəraitləri ilə maraqlanılıb, üzərilərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail əsgərləri 14 fələstinlini həbs edib

Next Post

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal…

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal…

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal...

Zelenski Qərbin mövqeyinə görə çətin vəziyyətdədir

Zelenski Qərbin mövqeyinə görə çətin vəziyyətdədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.