"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xaricə gedənlər, daha könüllülük bitir!

30 May 2016 - 09:05
in XƏBƏR LENTİ

Xaricə gedənlər, daha könüllülük bitir!

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda xaricə səfərə gedən turistlərin məcburi qaydada sığortalanması təklif edilir.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov  bildirib ki, Azərbaycanda turistlərin sığortalanması hazırda könüllülük prinsipi əsasında həyata keçirilir.

Azərbaycandan gedən bütün turistlərin sığortalanmasını çox vacib hal sayan N.Bağırov deyib ki, xarici səfərə gedən turistlərin məcburi qaydada sığortalanması həm turizm şirkətinin, həm də turistin özünün işini asanlaşdırar: “Təəssüflər olsun ki, bizim çox sayda turistlərimiz turist səfəri zamanı sığortaya görə əlavə ödənişin tələb olunduğunu gördükdə onu ödəmək istəmirlər. Buna görə də bu, məcburi olmalıdır. Təcrübə də göstərir ki, gedən turistlər çoxsaylı problemlə qarşılaşırlar. Ən çox problem də uşaqlarla səfərə çıxanlarda olur, çünki əksər hallarda uşaqların səhhətində problemlər olur. Problem olanda vətəndaş üçün səfəri təşkil edən turizm şirkətinin həmin ölkədəki partnyoru turistlə maraqlanır. Bu da çox gözəl bir haldır. Amma bəzən turistlər sığorta müqaviləsinin əhatə etdiyi xidmətlərdən də düzgün istifadə etmirlər, ölkəyə qayıtdıqdan sonra isə gəlib deyirlər ki, pulumu geri qaytar. Amma müqavilədə də qeyd edilir ki, problem olanda turist yerində şirkətə zəng etməlidir. Onlar geri qayıtdıqdan sonra nə isə tələb edə bilməzlər”.

O qeyd edib ki, əgər turistin beynəlxalq sığortası varsa, onda onun səfər zamanı yenidən sığortalanmasına ehtiyac yoxdur. Çünki bütün dünyada istifadəsi mümkün olan beynəlxalq sığortanı həyata keçirən şirkətin yerlərdəki partnyorları sığorta üzrə müqavilədəki bütün öhdəlikləri yerinə yetirirlər.

Assosiasiya sədri deyib ki, səfərə gedən turistlər üçün müxtəlif cür sığorta növləri təklif edilir. Şirkətlər tərəfindən turistlərə daha çox tibbi sığorta təklif edilir.

N.Bağırovun sözlərinə görə, səfər zamanı sığortalanmanın dəyəri hər gün üçün, adətən, bir dollar hesablanır: “Səfər günlərinin sayı çox olduqda isə bu məbləğ daha da azalır. Məsələn, səfər 10 günlük olarsa, artıq sığortanın məbləği 8 dollar olur”.

O əlavə edib ki, turistlərin sığortalanması üçün hər bir turizm şirkəti hər hansı bir sığorta şirkəti ilə müqavilə bağlayır: “Bundan sonra sığorta şirkəti özünün blanklarını turizm şirkətlərinin əməkdaşlarına verir. Onlar putyovkaları qeydiyyata alanda həmin sığorta şirkətinin sığortasını turistə təklif edirlər”.

Turistlərə müəyyən tövsiyələrini də edən AzTA sədri qeyd edib ki, turistlər müqavilə olmadan putyovka əldə etməsinlər: “Turistlər turizm şirkətlərindən tərəflər arasında qarşılıqlı münasibətləri tənzimləyən müqaviləni tələb etməli, onu diqqətlə oxumalı, daha sonra onu imzalamalıdırlar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da daşqınlar tüğyan edir

Next Post

Prezident SOCAR-ın yeni binasının açılışında

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident SOCAR-ın yeni binasının açılışında

Erməni ərindən olan oğlunu Bakıya gətirmək istəyən qadın kimdir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.