"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Xaricdəki pullar ölkəyə gətirilməlidir”

06 Dekabr 2016 - 23:25
in XƏBƏR LENTİ

<font color=red><b>“Xaricdəki pullar ölkəyə gətirilməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “28-22 %-ə kredit götürən sahibkardan nə gözləmək olar”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Büdcənin müzakirəsi ilə bağlı bəzi fikirlərimi komitənin toplantısında bölüşmüşəm. İndi bu fikirlərin üzərinə qayıtmaq istəmirəm. Ancaq bəzi vacib məqamlar var ki, onlar haqqında danışmaq istərdim”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
Deputat xatırladıb ki, prezidentin qərarı ilə xaricdə tələbələrin oxunması üçün Dövlət Proqramı hazırlanıb: “Məqsəd 5 min tələbənin xaricdə tanınmış elm ocaqlarında təhsil almasına nail olmaq idi. Səhv etmirəmsə, bu proqram artıq başa çatıb, lakin biz 5 min tələbəni xaricə göndərə bilmədik. Biz nəzərə almalıyıq ki, XX əsrin əvvəllərində də Azərbaycanda dövləti Avropa və Rusiyada təhsil alan şəxslər qurmuşdular. Heydər Əliyev 70-ci illərdə gəncləri Rusiyanın tanınmış universitetlərində təhsil almağa göndərirdi. Hesab edirəm ki, indi də nə qədər problem olsa da, hər il 100 istedadlı gənci xaricə – reytinqli universitetlərə göndərməliyik. Bundan başqa təhsildə islahatlar aparılmaldıır. Gəlin gedək universitetə, soruşaq görək, bir nəfər repitotor yanına getməyən tələbə varmı? Hamısı deyəcək ki, müəllim yanında hazırlığa gedib. Əslində təhsil pulsuz olsa da, reallıqda orta təhsil sanki pulludur”.
BAXCP sədri daha sonra deyib ki, 2017-ci il dövlət büdcəsinin 10 %-i (1,6 milyard manat) təkcə xarici borcların ödənilməsinə xərclənəcək: “Biz mətbuatdan oxuyuruq ki, tender keçirilir və bəzən 3-4 gün əvvəl yaradılan şirkətlərə dəyəri 100 milyon dollarlıq tenderlər verilir. Bizim Hesablama Palatası obyektiv yoxlamalar aparır, nəticə haqda bizə məlumatlar verir. Məlum olur ki, hansısa məbləğdə pullar geri – büdcəyə qaytarlılır. Deməli, kim istəsə büdcə pulunu mənimsəyəcək və ən pisi sonradan bunu büdcəyə qaytarmalı olacaq. Məncə, belə hallar olduqda hüquq-mühafizə orqanları bu işlərlə məşğul olmalı, belə hallara yol verənlər cəzalandırılmalıdır”.
Qüdrət Həsənquliyev daha sonra qeyd edib ki, Azərbaycanın xaricdə saxladığı valyuta ehtiyatından 1 milyard gətirərək Beynəlxalq Banka verilib: “Bu çox müsbət haldır. Uzun illərdir ki, mən Mərkəzi Bankın sədri Elman Rüstəmova deyirəm ki, bu vəsiatləri niyə yerli banklara gətirmir? Əgər biz öz pulumuzu öz banklarımıza qoymuruqsa, öz banklarımıza inanmırıqsa, onda kim banklarımıza inanar?
Elman müəllim hər dəfə deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər maliyyəni qəbul etmək gücündə deyil. Mən demirəm ki, vəsaitin hamısı gətirilsin. Müəyyən həcmdə gətirilə bilər. Azərbaycan sahibkarlarının buna ehtiyac var. Bizim banklar gedib özləri kreditlər götürür və bəzən 28 faizə sahibkarlara kredit verirlər. 28-22 %-ə kredit götürən sahibkardan nə gözləmək olar?”
Deputat deyib ki, Azərbaycan neft ölkəsi olduğu üçün burada kimya sənayesi inkişaf etdirilməlidir: “Kimya sənayesini inkişaf etdirmək üçün maliyyə lazımdır. Biz neft ölkəsiyik, amma avtomoil şinləri, avtomobil yağlarını xaricdən alırıq. Bu sahələrə vəsaitlər qoymalıyıq. Biz Türkiyəyə vəsaitlər qoymuşuq. Azərbaycanın özündə iş yerlərinin açılması üçün böyük müəssisələrə vəsait qoyulması lazımdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fəzail Ağamalı: “Bank sistemi iflic vəziyyətdədir”

Next Post

Türkiyə ordusu Əl-Baba yeridildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə ordusu Əl-Baba yeridildi

Tovuzda qəribə yol qəzası baş verib — FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.