"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xarici banklar Azərbaycana gələrsə… – ŞƏRH

31 İyul 2015 - 12:23
in İQTİSADİYYAT

Xarici banklar Azərbaycana gələrsə... - ŞƏRH

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

“Müasir dövrdə bankların fəaliyyətinin düzgün qurulması ölkə iqtisadiyyatının sürətli inkişafında az rol oynamır. 70- ci illərin ortalarına qədər maliyyə sistemlərinin beynəlmiləşdirilməsinə demək olar ki, yol verilmirdi.  Bu sahədə atılan ilk addımların uğurlu nəticələri ölkələr arasında kapitalın hərəkətinin yeni və daha geniş mərhəlləsinin başlanğıcını qoydu. Xarici bankların ayrı-ayrı ölkələrdə,  xüsusən inkişaf etmək yoluna qədəm qoymuş ölkələrdə fəaliyyətə başlaması cox böyük maraq kəsb etdi”.
Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Dünya Bankının (DB)Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın “Qərb bankları Azərbaycana gəlsin” çağırışını şərh edərkən deyib.
Qeyd edək ki, Mərkəzi Bankının sədri Elman Rüstəmov da A.Priqojinanın bu təklifinə müsbət qiymət verib. “Azərbaycanın bank bazarına strateji qərb investorlarının daxil olmasını hər vasitə ilə dəstəklədiklərini eşitmək bizə xoşdu.  Çünki onlar özləri ilə yeni texnologiya, təcrübə gətirə və resurslar cəlb edə bilərlər. Başqa sözlə, Azərbaycan bazarına bir neçə nüfuzlu beynəlxalq maliyyə qrupu daxil olsa, bu, ölkənin maliyyə bazarının cəlbediciliyi və sabitliyinin artmasına imkan yaradacaq” – deyə, E.Rüstəmov bildirib.
BİAB sədri F.Yusifov məsələyə münasibət bildirərkən  DB rəsmisi tərəfindən səsləndirilmiş təklifin reallaşacağı təqdirdə Azərbaycanın bank sistemində müsbət dəyişikliklərin yarana biləcəyini deyib: “Bankların fəaliyyətinin əsasında bütün iqtisadi agentlərin – əhalinin, müəssisələrin, eləcə də dövlətin sərbəst pul vəsaitlərini cəlb edərək mənfəət qazanmaq məqsədilə onları kapitala çevirmək marağı dayanır. Sözsüz ki, fəaliyyətə başlayarkən hər bir bankın öz vəsaitləri olmalıdır. Lakin bankların uğurlu fəaliyyət göstərməsi qeyd etdiyimiz sərbəst vəsaitləri nə qədər sərfəli qaydada cəlb edə bilmələrindən və onları uğurlu şəkildə yerləşdirmələrindən asılıdır. Ölkədə xarici bankların fəaliyyət göstərməsi isə iqtisadiyyata yeni resursların cəlb olunmasına şərait yaradan faktorlardan biridir. Bu, eyni zamanda, ölkənin bank sistemində sağlam rəqabət mühitinin yaradılması, kreditlər üzrə faiz dərəcələrinin endirilməsi, bank sistemində müştərilərə göstərilən xidmətlərin yeni texnologiyalar əsasında aparılması hesabına xidmət haqlarının aşağı salınması və bu xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Burada mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, xarici bank öz ölkəsindən investorların real sektora gəlməsinə də stimul yarada bilir. Bir sözlə, xarici banklar fəaliyyətə başladıqları ölkələrə beynəlxalq investitsiyaların axıdılmasında mühüm rol oynayırlar. Belə banklar ölkə ərazisində fəaliyyət
göstərməklə eyni zamanda xarici investorlar üçün bir növ elan edilməmiş təminatçı rolunu da oynamış olurlar. Beynəlxalq aləmdə xüsusi reputasiyaya malik bir bankın ölkəyə gəlməsi xarici invostorlar üçün “risklərin azalmasına” xidmət edir. İnvestorlar yaxşı başa düşürlər ki, ölkə iqtisadiyyatı və onun maliyyə sistemi tam dayanaqlı olmasa nüfuzlu banklar həmin ölkənin ərazisində fəaliyyət göstərməyə qərarlı olmazlar”.
F.Yusifovun sözlərinə görə, xarici kapitalın bank sistemində iştirakı ölkənin və eyni zamanda yerli bankların beynəlxalq reytinqinin yüksəlməsinə ciddi təsir edir, yerli bankların beynəlxalq maliyyə bazarlarında daha ucuz resurslar cəlb etməsinə şərait yaradır və bu da son nəticədə ölkə daxilində kreditlərin faizlərinin aşağı salınmasına imkan verir: “Ümumilikdə isə xarici bankların gəlişı ilə ölkə iqtisadiyyatına kapital qoyluşu təklifi artır, bank sistemi özünün rəqabət əsaslı inkişafına nail olur, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti yüksəlir, xidmət haqları aşağı düşür və bank kreditlərinin faizləri tam optimallaşdırılır”.
F.Yusifov hesab edir ki, xarici bankların ölkəyə gəlməsinin yalnız bir mənfi tərəfi var: “Bunun  yeganə mənfi tərəfi ondan ibarət ola bilər ki, bu bahkların səhmdarlarının korporativ maraqları Azərbaycan hökumətinin iqtisadi maraqları ilə bir o qədər uzlaşmasın. Bu məsələnin həlli isə Mərkəzi Bankın xarici banklarla apardığı işin düzgün təşkilindən bilavasitə asılıdır”.
Azərbaycanın dünyada özəl sektorun inkişafına dövlət səviyyəsində yüksək diqqət ayıran az ölkələrdən biri olduğunu qeyd edən BİAB sədrinin fikrincə son 10 ildən bir qədər artıq dövr ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən əsas şərtlərdən biri də sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstəkdir: “Hazırkı durumda özəl sektora daha geniş şəkildə vəsait cəlb edilməsi və bu səbəbdən də həmin vəsaitlərin cəlbedilmə mənbələrinin şaxaləndirilməsi, eləcə də yeni resurs bazalarının formalaşdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə prezidenti: “İŞİD kimi terror təşkilatlarının əməlləri İslama ziddir”

Next Post

Rusiyalı oliqarx Bodrumda lüks otelin çimərliyini bağlatdırdı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Rusiyalı oliqarx Bodrumda lüks otelin çimərliyini bağlatdırdı

Myanmada 7 min məhbus əfv olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.