"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xarici borcumuz niyə artır?

17 İyun 2016 - 09:48
in İQTİSADİYYAT MANŞET

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

 Xarici borcumuz artır-səbəblər...

Ekspertlərin fikrincə, borclanmanın artmasının riskli tərəfləri daha çoxdur

Ölkənin xarici borcları artır. Maliyyə Nazirliyi 1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici borcunun məbləğini açıqlayıb. Deyilən tarixə xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21,0 faiz təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.
Xarici dövlət borcunun 82,3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7 faizi beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.
Ekspertlər xarici borcun artmasının üstünlükləri və borclarından danışıblar. Ekspert Elşad Məmmədov musavat.com-a bildirib ki, xarici borclanma iqtisadi vəziyyətdən asılı olaraq heç də bütün hallarda risk deyil: “Borcların strukturuna nəzər salmaq lazımdır. Hazırkı şəraitdə Azərbaycanın xarici borcları artır. Ölkənin rəsmi dövlət borcundan başqa, iri şirkətlərin, müəssisələrin də borcları var ki, onlara da dövlət zəmanəti verilib. Dövlət Neft Şirkəti, ”Azərenerji”, “Azərsu” və digər qurumlara borc dövlətin zəmanəti ilə verilib. Bunlara nəzər salanda ilk növbədə bu müəssisələrin borclarının artması onların səriştəsiz idarəetməsi ucbatından əmələ gəlib. Bu da xoşagəlməz haldır. Beynəlxalq reytinq agentlikləri də ölkəmizlə bağlı reytinq göstəricilərini kəskin şəkildə aşağı salıb. Bu isə borclanmanın nə dərəcədə təhlükəli olmasını göstərir. Borcların çoxluğu səbəbindən ölkəyə növbəti kreditlər daha az sərfəli şərtlərlə olacaq”.
 
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında qeyd edib ki, əslində xarici borlcanma bir çox ölkələr üçün təbii hala çevrilib: “Dünya iqtisadiyyatı o qədər qloballaşıb ki, borclanma ciddi problem olmur. Azərbaycanla bağlı problem ondan ibarətdir ki, Azərbaycanın borclarının geri dönüşündə gələcək illərdə daha böyük problemlərin olacağı ehtimalı var. Çünki ölkədə neft-qazdan başqa elə bir sahə yoxdur ki, ölkə oradan pul qazansın, gələcəkdə borclarını ödəsin. İkinci təhlükəli hal ondan ibarətdir ki, Azərbaycan son dövrdə kəskin şəkildə borclanma sürətini artırıb. Əgər cəmi iki il bundan öncə Azərbaycanın xarici borcu ümumdaxili məhsula nisbətən 8 faiz idisə, hökumət bundan çox böyük fəxrlə danışırdısa, artıq ümumdaxili məhsula nisbətdə dövlətin və dövlət zəmanəti ilə alınmış borcların həcmi nisbətdə təqribən 55 faizə çatıb. Getdikcə də bu, artır. Çünki həm dövlət xətti ilə, həm də dövlət zəmanəti ilə şirkətlərin  borclanması sürətlənir. Məsələn, SOCAR-ın son illər borc həddi artıq yeddi milyardı keçib. Digər şirkətlər, o cümlədən ”Azərsu”, “Azərenerji”, AZAL kimi dövlət şirkətlərinin də böyük borclanması sürətlənib. Problemin kökü budur. Həm sürətlə Azərbaycan hökuməti və dövləti borclanır və bu borclar dövlət zəmanəti ilə götürülür. Gələcəkdə bu borclar qaytarılmalıdır, mütləq qaytarılması hökumətdə kimin olmasından asılı olmayaraq baş verəcək. Təhlükəli məsələ odur ki, ən intensiv borc qaytarma zamanı 2020-ci ildən sonraya təsadüf edəcək. O zaman Azərbaycanda neft hasilatının, gəlirlərimizin kəskin düşməsi gözlənilir. Biz kiçik zaman kəsiyində, qarşımızdakı 3-4 ildə elə bir iqtisadi model qurmalıyıq ki, tək neft gəlirlərindən asılı olmayaraq, digər gəlirlər hesabına sonradan həm ölkə dolansın, həm borclarımızı qaytaraq. Amma hələlik bunun işartıları yoxdur ki, Azərbaycan digər sahələrdə hansısa bir uğur qazansın. Rəsmi rəqəmlər də sübut edir ki, hələ də Azərbaycanda dominant sahə neft-qaz sahəsidir. Xarici ticarətimizin 94 faizindən yuxarısını neft və neft məhsulları təşkil edir. Xarici ticarətdə vəziyyət belədirsə, demək, ölkəyə valyuta gəlmir, başqa sahələrdən valyuta gəlmir. Burada da azalma müşahidə olunacaq, hasilat düşəcəksə, gəlirlərimiz kəskin azalacaq. O zaman həm büdcənin formalaşması, həm də xarici borcun qaytarılmasında ciddi problem yaşayacağıq”.
Ekspert Azər Mehtiyev isə qeyd edib ki, dövlət borclanması özü bir az geniş termindir: “Çünki həm daxili, həm xarici borclanma dövlətin özünün müəyyən inkişaf proseslərini həll etmək üçündür. Büdcədə vəsait çatışmazlığı və yaxud müəyyən islahatların həyata keçirilməsi, struktur islahatların həyata keçirilməsi prosesi zamanı buna gedilir”. Ekspertin sözlərinə görə, geniş yayılmış yanaşmalardan biri ondan ibarətdir ki, dövlət xarici borcu dövlət büdcəsinin on faizindən çox olmalı deyil: “Xüsusilə bu borcun həcmi dövlət büdcəsinin həcminin on faizindən çox olarsa, bu, artıq təhlükəli bir hal sayılır”. Kreditlərin verilməsi zamanı nəzərə alınan şərtlər ondan ibarətdir ki, hökumətin nə dərəcədə ödəniş qabiliyyətli olması, mövcud borcların ümumi daxili məhsula nisbəti və sair kimi öhdəliklər əsasında qiymətləndirilir. Beynəlxalq reytinq şirkətlərinin ölkəyə verilən reytinq, kredit qabiliyyəti reytinqi burada önəmli yol oynayır. Bundan asılı olaraq həmin o kreditlərin faizləri yüksəlir: “Beynəlxalq maliyyə qurumları həmin kreditlərin qaytarılmasında maraqlıdır.
Zaman-zaman dünyada, xüsusilə neft ölkələrində, neft qiymətlərinin aşağı düşdüyü dövrlərdə həmin ölkələr ciddi problemlərlə üzləşiblər.  Azərbaycan indiki halda təbii ki, bir tərəfdən büdcə gəlirlərində ciddi problemlərlə üzləşir. Bank sektorunda problemlər var. Ancaq hələ ki ölkənin güvənə biləcəyi Neft Fondu var. Təbii, beynəlxalq qurumlar da bunu nəzərə alırlar. Mövcud Neft Fondunun ehtiyatları bu kreditlərə xidmət etməyə imkan verir. Bu şərtlər nəzərə alınmaqla kreditlərin verilməsi həyata keçirilir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyanın Ermənistana silah şantajı – Azərbaycana 3 aylıq fürsət…

Next Post

Alonso 4-cü, Hemilton 1-ci oldu

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Alonso 4-cü, Hemilton 1-ci oldu

Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.