“Müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatının formalaşmasında əsas sahə neft-qaz sektoru olmuşdur. Əsrin müqaviləsi bağlanandan sonra Azərbaycan investisiyanın 80 faizdən çoxunu bu sektora yönəlib. Lakin 2010-cu ildən etibarən qeyri neft sektorun inkişafı ilə bağlı yeni layihələrin irəli sürməsi, bu sahəyə dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi xarici investorların qeyri neft sektorlara marağını artırdı”.
Bu fikirləri Elchi.az-a açıqlamasında iqtisadçı Elmir Səfərli deyib.
O, gömrük faizlərinin azaldılması kimi güzəştli məsələləri buna misal göstərərək qeyd edib.
“Bu gün xarici investorlar istehsal və turizm sahələrə daha çox maraq göstərirlər. Eyni zamanda neft-qaz sektoru ilə bağlı olan sahələrə də maraqları var. Xarici investorları cəlb etmək üçün müxtəlif sahələrdə istehsalın artırılması istiqamətində dövlət proqramları həyata keçirilməlidir. İstehsal olunan məhsulun ixrac edilməsi üçün sahibkarlara şərait yaradılmalıdır. Xarici investorlar və sahibkarlar üçün ən önəmli sayılan şəffaflıq, hüquqi tənzimləyici mühitin real bazarlara uyğun həyata keçirməlidir. Xarici investisiyaları qorunmaq üçün aktlarda müəyyən dəyişikliklər həyata keçirilməlidir. Bunlardan başqa dövlətin müştərək investisiya proqramların hazırlanması istiqamətində addımlar atılmalıdır”.
Havar Şəfiyeva





