
Antalyada NATO-nun XİN rəhbərləri üçün təşkil etdiyi ziyafət sonda nazirlərin “We Are the World” mahnısını oxuması ilə yadda qalıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeməkdən sonra nazirlər axşama görə təşəkkür etmək üçün səhnəyə çıxıblar. Elə bu əsnada müğənni Behzat Gerçeker “son bir mahnı da dostluq üçün olsun” deyib və “Biz dünyayıq” mənasını verən “We Are the World” mahnısını oxumağa başlayıb.
Yunanıstanın xarici işlər naziri Nikos Kocias Mevlüt Çavuşoğlunun qoluna girərək mahnını oxumağa başlayıblar. Bunun ardınca yeməkdə iştirak edən digər rəsmilər də səhnəyə çıxaraq mahnıya müşayiətçilik ediblər.



