"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xarici siyasətimizin növbəti böyük uğuru

12 İyul 2019 - 11:01
in SİYASƏT

Son illərdə Azərbaycanla Avropa ­İttifaqı arasında sıx əməkdaşlıq yaranıb. ­Enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı əlaqələr daha yüksək səviyyədədir. Azərbaycan Avropa İttifaqına üzv olan bir neçə ölkə ilə ­strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı bu əməkdaşlığı daha da möhkəmləndirməklə bağlı məsələlər müzakirə edildi. Aİ ilə Azərbaycan arasında imzalanacaq yeni saziş ətrafında davam edən danışıqlara toxunuldu. Prezident İlham Əliyev danışıqların uğurla davam etdiyini bildirdi. “Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. 
Təbii ki, Azərbaycan Prezidentinin Tuskla görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də çox ətraflı müzakirə olunub. Dövlət başçımız bununla bağlı deyib ki, Aİ rəsmisinə problemin həlli üzrə Azərbaycanın mövqeyini çatdırıb: “Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”, — deyə Prezident İlham Əliyev bildirib.
Diqqətimizi cəlb edən məsələlərdən biri də cənab Tuskun ölkəmizin mövqeyini dəstəkləməsidir. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. 2018-ci ildə tərəfdaşlıq üzrə prioritetlər müəyyən edilib. Ümumi Aviasiya Məkanı üzrə Saziş və yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir: “Regionda sabitliyə istinad edərək biz həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.
Təbii ki, istər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmiz üçün mühüm hadisədir və bu, Prezident İlham Əliyevin uzun və inadlı səylərinin, uğurlu xarici siyasətinin nəticəsidir. Biz, Azərbaycan vətəndaşları, əminik ki, cənab Prezidentin həyata keçirdiyi çoxvektorlu xarici siyasət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcək. 

Azər VERDİYEV, 
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qoşunların təmas xəttində nisbi sakitlik müşahidə olunub

Next Post

Türkiyə XİN-dən Yunanıstana verildiyi deyilən adalarla bağlı açıqlama

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Türkiyə XİN-dən Yunanıstana verildiyi deyilən adalarla bağlı açıqlama

Türkiyə XİN-dən Yunanıstana verildiyi deyilən adalarla bağlı açıqlama

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün səbəbi bilindi

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün səbəbi bilindi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.