Xarkovda təkrar partlayışlar baş verib.
Elchi.az “TSN” kanalına istinadən xəbər verir ki, bu barədə “Telegram”da məlumat paylaşılıb.
“Xarkov – yenidən partlayışlar”, – Ukrayna telekanalı bildirib.
Şəhərdə hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.
Aprelin 6-da şəhərin meri İqor Terexov Xarkovda bir neçə partlayışın baş verdiyini bildirib. Aprelin 5-də də güclü partlayış qeydə alınıb. Bundan əlavə, Kiyev hakimiyyətinin nəzarətində olan Zaporojyedə də partlayış səsləri eşidilib.
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib. Belə ki, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk xalq respublikalarının rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.
Nuranə Məmmədova






