Xarkovda “Qrad” atəşi zamanı 11 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O, hadisə zamanı çoxsaylı yaralananların olduğunu, ölən və yaralananlarla bağlı yekun rəqəmin bir qədər sonra dəqiqləşəcəyini bildirib.
***
17:08
Xarkovda “Qrad” atəşindən sonra xəsarət alanların sayı açıqlanıb.
Elchi.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Administrasiyası məlumat yayıb.
Xarkova endirilən artilleriya zərbələrindən sonra xəstəxanalara 15 hərbçi və 16 mülki şəxs yerləşdirilib.
Yaralı mülki şəxslərdən biri sonradan keçinib.
Yaralı sayı dəyişə bilər, ölü sayı ilə bağlı dəqiq məlumat tezliklə açıqlanacaq.
Ümumilikdə, son sutka ərzində Xarkov Şəhər Klinik Xəstəxanasına 44 yaralı, o cümlədən 20 hərbçi gətirilib. Onlardan 2 hərbçi və 5 mülki şəxs vəfat edib.






