“Barselona”nın baş məşqçisi Xavi klubu ilə müqaviləsini uzadıb.
Elchi.az xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.
Yeni müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bundan əlavə, daha bir mövsüm uzatmaq imkanı verir.
Xavi daha əvvəl Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə ilin ən yaxşı məşqçisi adına iddialılar arasında idi . 2022/2023 mövsümündə Xavi İspaniya komandası ilə ilk məşqçi titulunu qazandı . Klub oyunçusu kimi 8 dəfə ölkə çempionu olub.
Nuranə Məmmədova






