Ukrayna ordusu Xerson vilayətində İran PUA-larının idarə olunması və hazırlığı mərkəzinə zərbələr endirib.
Elchi.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Çaplienko məlumat yayıb.
“Kəşfiyyat mərkəzin Skadovsk rayonunun Çulakova kəndində yerləşməsi haqda məlumat əldə edib. Sonrası isə aydındır. 20-yə yaxın PUA məhv edilib”, – jurnalist bildirib.
Bundan başqa mərkəzdə hərbi texnika və sursat anbarı da məhv edilib.
Məlumatı Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk da təsdiq edib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




