Çin Kommunist Partiyası Tayvan xalqının qəlbini fəth etmək üçün daha yaxşı iş görməlidir. Elchi.az xəbər verir ki, bunu ilk dəfə “ÇKP” Mərkəzi Komitəsinin “Qiushi” jurnalı tərəfindən nəşr olunan 29 iyul 2022-ci il tarixli çıxışında Çin Prezidenti Si Cinpin bildirib.
Çin lideri vurğulayıb ki, partiya Tayvanda ÇXR ilə birləşməyi müdafiə edən vətənpərvər hərəkatları və qüvvələri inkişaf etdirməli və gücləndirməli, həmçinin adanın müstəqilliyini təmin etmək üçün separatçı hərəkətlərə müqavimət göstərməlidir.
Qeyd olunur ki, Si Cinpinin bu çıxışının digər hissələri 2022-ci ildə Sinxua tərəfindən dərc edilib, lakin Tayvanın adı çəkilməyib.
Havar Şəfiyeva






