"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xıdır Nəbi bayramınız mübarək!

10 Fevral 2017 - 18:58
in CƏMİYYƏT

Xıdır Nəbi bayramı türksoylu xalqların hamısında qeyd olunur.

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

  Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Hətəmoğlu Məmmədli bayramla bağlı deyir: “Xıdır Nəbi bayramı demək olar ki, Türk xalqlarının hamısında təntənə ilə qeyd olunur. Xıdır Nəbir babanın şərəfinə qurban kəsilir, qovrulmuş buğdanı üyüdərək qovud düzəldirlər. Sonra bu qovud bir siniyə tökülər və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır. Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyirlər. Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin təmin olunacağına inanırlar.”

  Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) rəhbəri Tahir Əmiraslanov da: “Bu gün hamı qovud hazırlasın, uşaqları sevindirsin. Qovud Xıdır Nəbi bayramının mətbəx atributudur. Bunu da qeyd edim ki, Xıdır Nəbidən sonra gələn cərşənbə Novruzun “yalançı çərşənbəsi”, ikincı çərşənbə isə Novruzun xəbərçi çərşənbəsidir. Hamınıza bayram əhval- ruhiyyəsi arzulayıram.”

Xatırladaq ki, qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir.

Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.

  Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardi. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.

Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim “Xıdır Nəbi” bayramı adlandırılır.

  Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır. Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç düzsüz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:

Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!

Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidən, odla yanaşı günəş və su, adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, “Xıdır Nəbi”yə nəğmələr, şerlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara “Xıdırçı” deyərmişlər. Xıdırçılar hava işıqlanmazdan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar.

Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.

Qədimdən Ruzi-Hızır (Xızır günü), yəni Xıdırelləz xalq arasındakı inama görə Xızırla Ilyasın bir araya gəlməsi xatirinə keçirilir. Bu bayram yeni təqvimə görə hər il 6 mayda qeyd olunur. Julyen təqviminə görə isə 23 aprelə düşür. Türkiyədə qədim təqvimə görə il ikiyə bölünür. 23 apreldən (6 may) 28 oktyabra (8 noyabr) qədər 186 gün Hızır günləri adıyla yaz mərasimi, bu tarixdən təkrar 23 aprelə (6 may) qədər davam edən 179 gün də Noyabr günləri adıyla qış mövsümü meydana girir. Başqa bir fikrə görə, Xızır Nəbi bayramı Novruzdan beş həftə əvvəl, yəni fevral ayının ortalarına təsadüf edir.

Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı adı ilə tanınır.

Yuxarıda deyilənlərdən də göründüyü kimi, həmin bayramın keçirilməsi, qeyd olunma tarixi səbəblərində müxtəliflik olsa da nəticədə keçirilən mərasimlər, icra olunan adətlər sonda birləşir.

Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, türk xalqları arasında daha geniş yayılıb.

Azərbaycan folklorunda Xızırla bağlı inamlar da sayca üstünlük təşkil edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Sığorta-pensiya ilə bağlı yeni strategiya hazırlanır` – Nazir

Next Post

“AVANTÜRİST LAYİHƏLƏRƏ MİLYARDLAR XƏRCLƏYİB, XALQIN PULUNU TALADILAR” – Deputat

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“AVANTÜRİST LAYİHƏLƏRƏ MİLYARDLAR XƏRCLƏYİB, XALQIN PULUNU TALADILAR” – Deputat

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.