Azadlıq prospektində yanan bina hələ də tam söndürülməyib.
Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, binada qalanları pilləkənlərlə endirib xilas etmək mümkün olmadığında helikopterlə binanın damından götürmək istəyirlər, ancaq 14-cü mərətədədə pilləkənlərdə yanğın sönmədiyindən xilasedicilərin işi çətinləşib.
Dəqiq sayları bilinməsə də, binada adamlar var və onların ailə üzvləri, qohumları yanan binanın ətrafında həyəcanlı bir şəkildə gözləyirlər.
Əməkdaşımız onu da bildirir ki, yanan binanın yaxınlığında mobil operatorların şəbəkəsəinin işləməməsi siqnalötürücü avadanlıqların yanması üzündəndir.