"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN: Almaniya ilə iqtisadi sahədə müsbət dinamika müşahidə olunur

13 Aprel 2022 - 18:35
in GÜNDƏM

13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə qəbul edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

XİN-dən Elchi.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

X. Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. Bu mənada ötən ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət qiymətləndirib.

Səfir Volfqanaq Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini ifadə edərək, Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Səfir baş tutmuş ikitərəfli yüksək səviyyəli səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. V.Maniq Səfirliyin Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin 19-cu əsrdə alman icmasının Azərbaycanda məskunlaşması tarixi mirasının xalqlarımız arasındakı xoş münasibətlərə təsiri məmnunluqla xatırlanıb. Daha sonra tərəflər diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış fotoalbomla tanış olub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda daha 16 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Next Post

UEFA Azərbaycan klublarına 1,14 milyon avro ödəyib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
UEFA Azərbaycan klublarına 1,14 milyon avro ödəyib

UEFA Azərbaycan klublarına 1,14 milyon avro ödəyib

Zelenski: “Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz”

Zelenski: “Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.