"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN başçısı: “Ermənistanın hərbi düşüncəsizliyi Azərbaycana qarşı işğalı davam etdirmək məqsədi daşıyır”

28 İyul 2020 - 14:08
in MANŞET, SİYASƏT

“Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü davam edir, təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və ya məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Bununla belə, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğalına və təcavüzünə son qoyulmasını tələb edən sənədlərinə məhəl qoymamaqda davam edir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxışı zamanı deyib. 

“Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün səfərbər olduğu bir vaxtda, Ermənistan gərginliyi artırmaq üçün təxribata və diversiyaya əl atır. 12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan arasında dövlət sərhədi boyunca Tovuz rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan istifadə edərək atəşə tutub. Bu hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir general-mayoru daxil olmaqla 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.

Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik, sülh danışıqlarını pozmaq və Azərbaycana qarşı işğal və təcavüzü davam etdirmək məqsədi daşıyır. Bununla, Ermənistan rəhbərliyi səriştəsiz fəaliyyəti nəticəsində və COVİD-19 pandemiyasının Ermənistanda yayılması ilə əlaqədar daha da pisləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməklə diqqəti ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Təxribatla bağlı beynəlxalq reaksiya da həddən artıq çox olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yaydılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul etdi. Qardaş Türkiyəyə bu ehtiyac vaxtında qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə dərin təşəkkürümüzü bildirmək istərdik”, XİN başçısı əlavə edib. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir

Next Post

Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb

Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb

Türkiyənin aviasiya texnikaları Naxçıvana gəlib

Türkiyənin aviasiya texnikaları Naxçıvana gəlib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.