Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson iştirak edir.








