"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN-də Azərbaycan-Fələstin münasibətləri ilə bağlı tədbir keçirilib – YENİLƏNİB

15 Aprel 2022 - 16:32
in SİYASƏT

15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

XİN-dən Elchi.az-a verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rəhbər şəxsləri iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 15 aprel 1992-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar bir hadisə olduğunu qeyd edib. O, Fələstinin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onunla diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasının dostluq və həmrəylik nümunəsi sərgilədiyini bildirib. Azərbaycanın Fələstin ilə münasibətlərə önəm verdiyini qeyd edən Fariz Rzayev, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Nazir müavini, möhkəm həmrəyliyə əsaslanan Azərbaycan-Fələstin münasibətlərinin bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə uğurla inkişaf edəcəyinə dair inam ifadə edib.

Daha sonra çıxış edən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim mədəni və dini dəyərlər bir-birinə bağlı olan Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. Səfir, bu illər ərzində iki ölkə arasında münasibətlərin həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Fələstin Dövlətinin Azərbaycan Respublikasının suverenlik və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb. Nəssir Əbdül Kərim Əbdül Rəhim, Azərbaycan və Fələstinin ikitərəfli format ilə yanaşı, həm də bir sıra beynəlxalq təşkilatlar o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib. Səfir, hər iki dövlətə və xalqa sülh, əmin-amanlıq, rifah arzulayıb və müqəddəs Ramazan ayı münasibətilə xoş arzularını səsləndirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

***

11:45

Xarici İşlər Nazirliyində Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başlayıb.

Bu barədə Elchi.az-a XİN-dən bildirilib.

XİN-də Azərbaycan-Fələstin münasibətləri ilə bağlı tədbir keçirilir
XİN-də Azərbaycan-Fələstin münasibətləri ilə bağlı tədbir keçirilir
XİN-də Azərbaycan-Fələstin münasibətləri ilə bağlı tədbir keçirilir
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Audiovizual Şura telekanallara xəbərdarlıq edib

Next Post

Aİ: Şərqi Yerusəlimdəki gərginliyə son qoyulmalıdır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Aİ: Şərqi Yerusəlimdəki gərginliyə son qoyulmalıdır

Aİ: Şərqi Yerusəlimdəki gərginliyə son qoyulmalıdır

Bu gün Azərbaycanda COVID-19-dan ölən olmayıb

Bu gün Azərbaycanda COVID-19-dan ölən olmayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.