"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN-dən Mirzoyan və Lavrovun fikirlərinə reaksiya

20 Mart 2023 - 19:04
in SİYASƏT

20 mart 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü və mətbuat brifinqi zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir.

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.

Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya “etnik təmizləmə” və “soyqırımı” törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.

Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.

Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – Hacızadə qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əfqanıstanda partlayış: Ölənlər var

Next Post

Donfrid vəzifəsini tərk edir – Səbəb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Donfrid vəzifəsini tərk edir – Səbəb

Donfrid vəzifəsini tərk edir - Səbəb

29 ildir rəis olan məşhur general istefaya göndərilir – İddia

Bayram günü saxlanılanların sayı açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.