Görünür, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ayxan Hacızadə Tvitterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
“Əks halda niyə bir ölkə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq daxil olmaqla, onlarla günahsız şəxsi qətlə yetirərkən uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?” – XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Ararat Mirzoyan Qarabağda anaları tərəfindən nəzarətsiz qaldıqları üçün ölən iki erməni azyaşlıya görə Azərbaycanı ittiham edib.






