"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN-dən Ukrayna səfirinin xəyanət ittihamına cavab gəldi – (Yenilənib)

04 Fevral 2015 - 15:44
in SİYASƏT

102“Azərbaycan tərəfindən beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenkonun söylədiyi fikirlərlə əlaqədar AzərTAc-a açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikası tərəfindən BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində “Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəklənib.
Avropa Şurası Parlament Assambleyasının 2015-ci il yanvarın 26-30-da keçirilmiş sessiyasında Rusiya Federasiyası nümayəndə heyəti ilə əlaqədar olan məsələyə gəldikdə isə Azərbaycan Respublikasının xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri statusunda AŞPA-da etdiyi çıxışlarında və Nazirlər Komitəsinin iclaslarında Azərbaycanın Avropa Şurasında ikili standartlar və üzv dövlətlərə qarşı seçimli yanaşmanın tətbiq edilməsinin əleyhinə olduğunu bildirib. Eyni zamanda Avropa Şurasının əsaslandığı dəyərlər və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunması barədə dəfələrlə məsələ qaldırıb. Bu kimi məsələlərdə Avropa Şurası beynəlxalq hüququn aliliyi prinsipi əsasında vahid yanaşmadan çıxış etməlidir.

*   *   *09:54

“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər?

Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?”

Virtualaz.org saytı xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. Diplomat bu fikirlərini politoloq Elxan Şahinoğlunun “Maydandan Maydana” əsərinin təqdimat mərasimindəki çıxışında səsləndirib.

A.Mişşenko çıxışı zamanı əsas diqqətini Rusiyanın işğalçı siyasəti üzərində cəmləyib. Səfir həmçinin bu yaxınlarda AŞ PA-da keçirilmiş müzakirələrə və onun nəticəsində Rusiyanın səsvermə hüququndan mərhrum edilməsinə toxunub.

A.Mişşenko Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı həmin müzakirələr zamanı tutduğu mövqedən təəssüfləndiyini gizlətməyib.

“Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi. Niyə? Özü də erməni deputatları heç səsvermədə də iştirak etmədilər, yəni daha diplomatik davrandılar. Azərbaycan həmişə ikili standartlardan şikayətlənir. Ədalət Azərbaycanın tərəfindədir. Bəs Ukraynanın günahı nədir? Yaxşı, onda gəl belə edək, AŞ PA-nın növbəti iclasında qoy Ukrayna da Azərbaycanın əleyhinə səs versin. Sonra da siz yenidən bizi dəstəkləməyin. Hə, nə olsun? Bu yol bizi heç yerə aparmır” – deyə səfir A.Mişşenko bildirib.

Ukraynalı diplomat deyib ki, o, həmişə iki ölkənin səylərini beynəlxalq aləmdə birləşdirməyə çağırıb: “Mən razıyam, Ukrayna Azərbaycanın problemlərinə kifayət qədər diqqət göstərməyib. Diplomatam, bunu başa düşürəm. Amma gəlin televiziya xəbərlərində Azərbaycanın Rusiyanı dəstəklədiyini eşidən sadə ukraynalının vəziyyətini düşünək. Məni yalnız o sakitləşdirir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən istənilən qətnaməni dəstəkləyir. İndi müxtəlif nağıllar danışırlar ki, bəs, diskussiya üçün də meydança qalmalıdır və s. Yaxşı, onda gəl biz də Dağlıq Qarabağ ətrafındakı 7 rayonu unudaq. Belə olarmı? Yox, biz belə demərik”.

A.Mişşenko bildirib ki, rəsmi Bakının üzləşdiyi riskləri də anlayır: “Amma AŞ PA-da Ukrayna əleyhinə səs verməyin Azərbaycana nəyi qazandıracağı mənə bəlli deyil. İndi mən rəsmi Kiyevi inandırmalıyam ki, buna əsaslar və səbəblər olub? Bakıda mənə deyilənlərin hamısını danışmalıyam? Ukraynaya sadəcə bir çadırla kömək edin. Gürcüstan kömək edir, Litva kömək edir. Bizə milyardlar lazım deyil…”

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Ukraynanın tam işğalına hazırlaşır

Next Post

Azərbaycanlı müğənni evini "priton" edib?

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Azərbaycanlı müğənni evini "priton" edib?

Mahsum Kırmızıgül ANS-ə danışdı (VİDEO)

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.