"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN: Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa haqqı yoxdur

26 Noyabr 2014 - 21:39
in SİYASƏT
Uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri E.Nalbəndyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır.9be7ec006dd57887fc9be73abc290895

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbandyanın Stokholm sülh araşdırmalar institutunda çıxışını şərh edərkən deyib.

 

XİN rəsmisi qeyd edib ki, regionda sülh və təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana qarşı hərbi işğal və təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir: “Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin – Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əsasında bilavasitə məsuliyyət daşıyır. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə Avropada adi silahlı qüvvələr və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal olunmuş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyətin cəmləşdirilməsini aparır. 47.000 nəfər şəxsi heyət və 3000-dən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi. Səbəb və nəticə kimi fəlsəfi-məntiqi kateqoriyaların yəqin ki fərqində olmayan Ermənistan xarici işlər naziri yalnız bəhanələrdən danışmağa üstünlük verir. Səbəb-nəticə kateqoriyalarına əsasən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğuna görə cəbhədə snayperlər vardır və hərbi insidentlər baş verir. Ermənistanın işğalı aradan qaldırıldığı halda isə snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək”.

 

H.Hacıyev bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi həmişə aydın və qəti olub:“ Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeyi BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun aktına əsaslanır. Danışıqlar prosesinin mahiyyəti də ondan ibarətdir ki, beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunsun. Danışıqlar imitasiyası yaradan, öhdəlik verən və sonra ondan qaçan və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus “qumar oyunu” kimi baxan məhz Ermənistandır”.

 

H.Hacıyev qeyd edib ki, BMT nizamnaməsinə əsasən özünü müdafiə hüququ olan Azərbaycanın davamlı surətdə artan iqtisadi göstəricilərinə və ümum daxili məhsulun nisbətinə görə hərbi büdcəsini də artırmaq hüququ vardır: “ Ümum daxili məhsulun 4.5 faizi nisbətində vəsaitin hərbi xərclərə sərf edilməsi Ermənistan kimi yoxsul ölkənin nə dərəcədə hərbiləşməsindən xəbər verir. Əhalisinin 40 faizindən artığı yoxsulluq şəraitində yaşayan, iqtisadi-sosial problemlərə görə kütləvi miqrasiya ilə üzləşən və xarici borcu ümum daxili məhsulunu bir neçə dəfə üstələyən Ermənistan üçün bu milli fəlakətdir. Hərbi ritorikadan danışan Ermənistan xarici işlər naziri yenə də öz ölkəsinin prezidentinin erməni gənclərini qonşu dövlətlərlə gələcək müharibəyə səsləyən çıxışını, Avropa Şurası Parlament Assambleyasında daha 20 faiz Azərbaycan torpaqlarının işğal ediləcəyi və Azərbaycanın mülki obyektlərinə qarşı ballastik raketlərdən istifadə ediləcəyi barəsində açıqlamalarını yəqin ki yenə unudur”.

 

XİN rəsmisinin sözlərinə görə, Xocalı faciəsinin törədilməsində iştirak etmiş Ermənistanın hərbi diktatura rejimi imkanı olsaydı bu əməllərdən də çəkinməzdi: “Amma Azərbaycan silahlı qüvvələrinin qüdrəti qarşısında öz imkanlarını dərk edərək, yalnız böhtan və yalanlarla məhdudlaşır. Guya “xüsusi əməliyyat”ın keçirilməsi barəsində düzəldilmiş teatr səhnəsi də Ermənistan rejiminin acizliyinin və Ermənistan cəmiyyətində itirilmiş nüfuzunun bərpasına yönəlmiş bir uğursuz cəhd idi. Ermənistanın dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Apple” Rusiyaya satdığı telefonların qiymətini niyə artırdı?

Next Post

Ankara və Moskva razılaşır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ankara və Moskva razılaşır

Təyyarə məcburi eniş etdi - Rusiyada

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.