"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN həmsədrlərin bəyanatına etiraz bildirdi

31 Oktyabr 2015 - 12:05
in XƏBƏR LENTİ
XİN həmsədrlərin bəyanatına etiraz bildirdi
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri və yekun press-relizləri ilə bağlı bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda qeyd edilir ki, əldə olunmuş ilkin razılığa əsasən, ATƏT-nin Minsk qrupunun həmsədrləri oktyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçiblər: “Məhz bu vaxt ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra zabitləri Tərtər və Ağdərə (Azərbaycan Respublikasının Tərtər rayonu) arasındakı yolda atəşkəsin monitorinqi üzrə təlim keçirirdilər. ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən işğal olunmuş ərazilərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan Respublikası silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib.
Bu insident zamanı hadisə yerində olmuş Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin ifadələrinə görə ATƏT heyəti atəşi dayandırmaq və atəş açmamaq üçün zəmanətləri yeniləmək məqsədilə qarşı tərəflə əlaqəyə çıxıb. Mənbənin və atəşin açıldığı istiqamətin aydın şəkildə bəlli olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında bu insidentin müvafiq qaydada əks etdirilməməsi və atəşi pozan tərəfin adının qeyd olunmaması təəssüf doğurur. Amma bu, Ermənistan tərəfini törətdiyi bu və digər çoxsaylı təxribatlarına görə məsuliyyətdən azad etmir”.
Bəyanatda bildirilir ki, Azərbaycan bu insidentin münaqişənin həlli istiqamətində olan səylərin pozulmasına qarşı qəsdən törədilmiş cəhd olmasına dair həmsədrlərin qiymətləndirməsini bölüşür: “Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, son illər ərzində, xüsusilə 2015-ci ilin yanvarından etibarən Ermənistan tərəfindən atəşkəsin pozulması və silahlı təxribatların törədilməsinin tezliyi daha da artıb və daha zorakı xarakter alaraq, qadın və uşaqlar daxil olmaqla, mülki Azərbaycan əhalisi arasında ölümlərə və xəsarətalma hallarına səbəb olub. 2015-ci ilin sentyabrında Nyu-Yorkda danışıqların növbəti mərhələsindən əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə qoşunların təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisini hədəfə almaqla, böyük kalibrli avtomatik silahlar, mina atanlar və artilleriya vasitələrindən istifadə edərək atəşkəsin pozulması dramatik şəkildə intensivləşdirilib”.
Bəyanatda vurğulanır ki, Fransa prezidenti Fransua Olland tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin 27 oktyabr 2014-cü ildə Parisdə təşkil olunmuş növbəti danışıqlarından sonra 6 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. 12 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələrinin təlimlərdə iştirak edən iki “Mi-24” hücum helikopteri Azərbaycanın işğal olunmuş Ağdam rayonu yaxınlığında Azərbaycan silahlı qüvvələrinin yaxın ətrafına yan alıb və hücum manevrləri edib. Bu hücuma cavab olaraq, helikopterlərdən biri vurulub.
Ermənistan tərəfinin davamlı və qəsdli təxribatları gərgin vəziyyət yaratmaq, münaqişənin siyasi həlli istiqamətində olan səyləri pozmaq və işğala əsaslanan status kvonu möhkəmləndirmək kimi açıq məqsəd güdür. Azərbaycan Respublikası bir daha Ermənistan tərəfindən təxribatlara son qoymasını, münaqişənin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsini, beynəlxalq öhdəliklərinə əməl etməsini və Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmasını tələb edir.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın sabiq baş naziri: “Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır…”

Next Post

ABŞ İraqda qərarlıdır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ İraqda qərarlıdır

Hitlerin gizli UNO bazası - VİDEO (sənədli film)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.