"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN: Kommunikasiyaların açılması bölgənin sülh və inkişafına töhfə verəcək – YENİLƏNİB

14 Mart 2022 - 15:40
in SİYASƏT

14 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

XİN-in Mətbuat Xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, tədbirdə AR XİN rəhbər heyəti, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib. Nazir müavini, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb. Elnur Məmmədov, postmünaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.

Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb. Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb. Seyid Abbas Musəvi, Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

***

11:50

Xarici İşlər Nazirliyində Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Elchi.az xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi iştirak edir.

Leyla Abdullayeva
Seyyid Abbas Musəvi
Leyla Abdullayeva
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşada qarın hündürlüyü 30 sm-ə çatır 

Next Post

FHN: Ötən sutka 9 nəfər xilas edilib – VİDEO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
FHN: Ötən sutka 14 yanğına çıxış olub

FHN: Ötən sutka 9 nəfər xilas edilib - VİDEO

“Uşaq Qaynar Xətt” xidməti FHN-lə əməkdaşlığa başlayıb

"Uşaq Qaynar Xətt" xidməti FHN-lə əməkdaşlığa başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.