"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN: Zöhrab Mnatsakanyanın fikirləri cəfəngiyyatdır

01 Sentyabr 2020 - 10:46
in SİYASƏT

“Maraqlıdır, beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan “İnterfaks” Agentliyinə müsahibəsində münaqişənin həlli prosesi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları bu ölkənin Xarici İşlər nazirinin bəhs etdiyi “sülh şəraitinin” yaradılmasına əsas əngəldir. Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzərə salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar. Cari ilin 12-16 iyul tarixlərində Ermənistan iki dövlətin sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirərək, Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi etdi. Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı.

Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla işğalçı Ermənistan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi. Ermənistanın hərbi siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat cəhdinin qarşısı alındı, qrupun rəhbəri zərərsizləşdirildi.

Son olaraq, Ermənistan  Baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu. Bütün bu sadalananlardan sonra, görəsən Z.Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?

Gənc nəsli “Njdeizm” irqçi ideologiyası və faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində Azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm və nifrətə əsaslanan cinayət əməllərinin səbəbləri hamıya yaxşı bəllidir. Odur ki, xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirinin bu fikirləri cəfəngiyyatdır. Çünki Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır”, – o bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Aqrolizinq”in vəzifəli əməkdaşı həbs edildi

Next Post

Azərbaycanda ov mövsümü açıldı — Bu heyvanları ovlamaq olar — SİYAHI

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azərbaycanda ov mövsümü açıldı — Bu heyvanları ovlamaq olar — SİYAHI

Azərbaycanda ov mövsümü açıldı — Bu heyvanları ovlamaq olar — SİYAHI

Baş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi

Baş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.