"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xocalı Soyqırımını tanımış ölkələr – SİYAHI

26 Fevral 2020 - 15:55
in SİYASƏT

Xocalı soyqırımının törədilməsindən 28 il keçir. Ötən illər ərzində Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamətlərdən biri kimi bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub. Son 28 il ərzində dünyanın bir neçə ölkəsi Xocalı soyqırımı rəsmən tanıdığını bəyan edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

İndiyə qədər Xocalı soyqırımını tanıyan ölkələrin və təşkilatların siyahısını Modern.az-a istinadən təqdim edirik:

Meksika: 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciəni soyqırım adlandırılıb.

Pakistan: 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.

Kolumbiya: 2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.

Çexiya: 2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Bosniya və Herseqovina: 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Peru: 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb.

Honduras: Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Ruminya: 2013-cü ildə Rumıniya Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib.

Sudan: 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırım aktı qəbul edərək tanıyıb.

ABŞ ştatları: 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.

Panama: 2013-cü il 7 avqustda Panama Respublikasının Milli Assambleyası “Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı üzrə” qətnamə qəbul edib.

Qvatemala: 2015-ci il 12 oktyabrda Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib

Latviya: 2015-ci il 26 fevral Xosams Abu Meri başda olmaqla Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı ilə əlaqədar,Azərbaycanla parlamentlərarası dostluq qrupu adından bəyanat qəbul edilib.

İordaniya: İordaniya parlamenti 2016-cı ilXocalı soyqırımını rəsmən tanıyıb.

Sloveniya: 20 yanvar 2016-cı il tarixində Sloveniya Respublikasının Milli Şurası şuranın üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.

Şotlandiya: 2017-ci il fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib.

Cibuti Respublikası: 2017-ci il Cibuti Respublikası Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.

Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

Next Post

İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı

İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı

Gürcüstanda koronavirusla bağlı pandemiyaya hazırlıq rejiminə keçilir

Gürcüstanda koronavirusla bağlı pandemiyaya hazırlıq rejiminə keçilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.