Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn formatda konfrans keçirilir.
Elchi.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP-ın İdarə Heyətinin üzvləri, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, Xocalı rayon ictimaiyyətinin nümayəndələri, yerli təşkilatların sədrləri və digərləri iştirak edirlər.
Konfransdan əvvəl Xocalı faciəsində, həmçinin torpaqlarımızın müdafiəsində və azad edilməsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı faciəsinə həsr olunan filmin nümayişindən sonra Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov giriş nitqi ilə çıxış edib.
Tədbir çıxışlarla davam edir.






