ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı türk müğənni Doğuşla ailə həyatı qurması haqda yayılan xəbərlərə bu həftənin bazar günü aydınlıq gətirəcək.Bu barədə aparıcı Facebook səhifəsində məlumat verib:
“Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən “Səni axtarıram”sız qala bilmərəm. Amma elə bilməyin, bu 3 gündə axtarışları unutdum, yox, əksinə 3 ildi aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim. Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəm. Allah hər kəsə kömək olsun. O cümlədən “Səni axtarıram”a ümid yeri kimi baxan hər həsə. Amin!” (oxu.az)



