"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xronika: Qərbi Azərbaycan planının detalları-VİDEO

18 Yanvar 2024 - 21:53
in SİYASƏT

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistanla sərhədin müəyyənləşməsi prosesinə Xalq Cumhuriyyəti dövrünə aid xəritələrini əsas sənəd kimi daxil etməsindən bəhs olunur.

Bildirilib ki, bu, Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidən sonra praktiki müstəviyə keçməsini də aktuallaşdırır: “Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə sərhədlə bağlı dedikləri bu gözləntiləri ön plana çıxardı. Dövlət başçısının səsləndirdiyi fikirlər və irəli sürdüyü istiqamətlərin motivi sərhədin delimitasiyası olsa da, burada əsas məqamlardan birinin Qərbi Azərbaycan məsələsinin növbəti mərhələyə daşınması olduğunu deyə bilərik”.

Qeyd olunub ki, ötən il iyulun 15-də Bresseldə keçirilən üçtərəfli görüşdə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı müzakirə edildi: “Bu adi müzakirə yox, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini diplomatik müstəvidə qəbul etdirməsi idi. Prezident İlham Əliyevin sərhədin delimitasiyası ilə bağlı irəli sürdüyü istiqamətlər isə Qərbi Azərbaycan hədəfinin diplomatik müstəvidən praktiki müstəviyə daşınması planından xəbər verir. Dövlət başçısının delimitasiya prosesinə siyasi metdologiyanı daxil etmək gedişi də bu ərazilər üzərində Azərbaycanın tarixi haqqının tanınması, yaxud cari dövrdə müəyyən bir hissəsinə qayıdışın təmin edilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev delimitasiya prosesinə xronoloji metodu daxil etməklə SSRİ dövründə ermənilərə verilən ərazilərin qaytarılmasını irəli sürür”.

Diqqətə çatdırılıb ki, delimitasiya Prezident İlham Əliyevin irəli sürdüyü siyasi metodologiya, yaxud xronoloji metodla müəyyənləşərsə, Qərbi Azərbaycanın ya bütün əraziləri, yaxud da ən azı Zəngəzurun böyük hissəsi Azərbaycanın nəzarətinə keçəcək və doğma yurdundan qaçqın düşmüş soydaşlarımızın öz evlərinə qayıdışı önündə heç bir maneə qalmayacaq.

Sonda vurğulanıb ki, Prezident İlham Əliyev xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklif edir: “Bu, əslində Ermənistana açıq ismarışdır. Çünki rəsmi İrəvanın başqa yolu qalmayıb. Ya delimitasiya prosesi də daxil olmaqla sülh sazişini Bakının ədalətli tələblərinə uyğun imzalamalı və Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmalıdır, ya da AXC xəritələri üz-üzə qalmalı olacaq. Bunu Prezident İlham Əliyev deyir və zamanla isbat etdi ki, o dediyini edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”,- fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mişel və Borreli əvəz edə biləcək şəxslər məlum oldu

Next Post

Qazaxda məktəbli qızılcadan öldü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qazaxda məktəbli qızılcadan öldü

Qazaxda məktəbli qızılcadan öldü

Güclü külək Bakıda fəsadlar törətdi – Video

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.