"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xudu Məmmədovun adını əbədiləşdirən əsər-VIDEO

11 Fevral 2015 - 20:55
in MƏDƏNİYYƏT
Keçmiş hərbçi, müharibə veteranı Tərlan Eyvazovun böyük alimə həsr etdiyi və yağlı1423649481_xudu-1 boya ilə çəkdiyi əsər bu gün alimin ailəsinə təqdim olundu…
Vətənpərvər rəssam, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazovun növbəti əsərlərindən biri dünya şöhrətli alim Xudu Məmmədova həsr olunmuşdur. Bu gün Xudu Məmmədovun irsini yaşadan tanınmış ziyalılar- Xudu Məmmədovun yaxın qohumu, QAT Ağsaqqallar Şurasının üzvü, tanınmış neftçi-alim Yusif Səmədovun, QAT sədri Akif Nağının, professor, Xudu Məmmədovun tələbəsi Valeh Baxşəlinin, Qarabağ müharibəsi veteranı, keçmiş hərbçi və hüquqşünas Camal Əhmədovun və «Təzadlar»ın baş redaktoru Asif Mərzilinin iştirakı ilə həmin əsər böyük alimin evində ailəsinə, həyat yoldaşı Maya xanım Məmmədovaya təqdim edildi.
Təqdimetmə mərasimində çıxış edən Yusif Səmədov Xudu Məmmədovla bağlı uşaqlıq və tələbəlik illərindən söz açdı, onun dünya elminə verdiyi töhfələrdən, bir şəxsiyyət kimi bu günkü nəslə örnək olmasından, elmi fəaliyətindən danışdı, rəssam Tərlan Eyvazova dərin minnətdarlığını bildirdi.
Təqdimetmə mərasimində söz sahibi olan rəssam T.Eyvazov Xudu Məmmədovun elmi irsi ilə yaxından tanış olduğunu dilə gətirdi:
-Həmişə həyatda məhz Xudu Məmmədov kimi sadə və mənalı həyat sürmək üçün çalışmışam… Xudu müəllimin elmlə sənətin vəhdətinə aid özünün rəsm əsərlərini görmüşdüm. Həmişə arzı edirdim ki, bir gün yaradıcılığımda Xudu müəllimin portreti fonunda həm də onun elmi fəaliyyətinin bu istiqamətini əsərimdə canlandırım… Nəhayət, buna nail oldum. Yəqinki buna nə dərəcədə nail olduğumu bu əsəri seyr edənlər söyləyə bilər. Böyük alimin ruhu şad olsun!
QAT sədri Akif Nağı Xudu müəllimin Qarabağ hadisələrindəki rolundan danışdı:
-Xudu müəllim Qarabağ hadisələri başlayanda bütün gücünü torpaqlarımızın müdafiəsinə yönəltdi… Onun bir ayağı Bakıda-iş yerində olurdusa, bir ayağı da Ağdamda, döyüş bölgələrində idi. O, hələ 1987-88-ci illərdə ermənilərin Azərbaycana qarşı torpaq iddiaları ortaya çıxanda mətbuatda bu iddiaların çürük və əsassız olduğunu, heç bir tarixi mənbəyə əsaslanmadığını elmi cəhətdən sübut edirdi… Rəssam Tərlan Eyvazova dərin təşəkkürümü bildirirəm ki, o, bir daha Xudu Məmmədovun adının əbədiləşdirilməsi yolunda bu addımı atdı…
Professor Valeh Baxşəli:
-Xudu müəllim dünya elminə Azərbaycanın adını qızıl hərflərlə yazdı… Onun elmlə sənətin vəhdətinə həsr olunmuş əsərlərini, rəsmlərini görəndə, musiqi təhlilinə baxanda görürsən ki, o, bu xalqın tükənməz sərvəti kimi nə qədər ucalıqdadır… Bu əsər isə Xudu müəllimin adını bir daha tarixləşdirən addımdır. Rəssama təşəkkürlər edirəm…
Keçmiş hərbçi Camal Əhmədov:
-Xudu müəllim əvəzsiz bir insan idi… O, hər birimizə örnək, arxa və dayaqdır. Biz indi onu öz mənzilində ypad edirik, haqqında danışırıq. Deməli, o, indi də bizimlədir, əbədi yaşardır. Allah rəhmət eləsin! Rəssam Tərlan Eyvazova isə dərin təşəkkürümü bildirirəm ki, belə bir əsəri yaradıb…
Asif Mərzili:
-İnsan özündən sonra ikinci həyatını əməli izi ilə yaşayır, əbədiyyət qazanır… Bu əsər Xudu müəllimin həmin ikinci həyatının bir parçasıdır. Ruhu şad olsun! Rəssam Tərlan Eyvazova mən də dərin təşəkkürümü bildirirəm…
Sonra Xudu Məmmədovun həyat yoldaşı Maya xanım Məmmədova rəssama və dəyərli qonaqlarına bu gözəl hədiyyəyə görə dərin təşəkkürünü bildirdi. Bundan sonra çay süfrəsi ətrafında görkəmli alim Xudu Məmmədovun barəsində xatirələr danışıldı, Xudulu günlər xatırlandı…
(Əsərin təqdimetmə törənində Xudusevərlərdən Nübar Məmmədova, Cəlil və Ramiz Orucoğlu qardaşları da iştirak edirdi).Xudu Məmmədovun adını əbədiləşdirən daha bir əsər-VIDEO
AzadXudu Məmmədovun adını əbədiləşdirən daha bir əsər-VIDEO

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev fərman imzaladı

Next Post

Metroda ilk kitab evi açıldı: Qəzet satışı ilə bağlı məsələ qeyri-müəyyən qalır – FOTOLAR

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Metroda ilk kitab evi açıldı: Qəzet satışı ilə bağlı məsələ qeyri-müəyyən qalır - FOTOLAR

“Rusiyanı bir güllə atmadan durdurmaq olar” - “The Wall Street Journal”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.