Xüsusi zolaqlarda hərəkət bu gündən məhdudlaşdırılır: 40 manat cərimə!

Xüsusi zolaqlarda hərəkət bu gündən məhdudlaşdırılır: 40 manat cərimə!
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı avtomobil yollarında xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı qadağa bu gündən qüvvəyə minib.

Mayın 5-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.

Bunu da oxuyun

Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheybət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılan hərəkət zolaqlarında xüsusi nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq.

Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq nişanlarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər. Aidiyyəti olmayan avtomobillər zolağa girərsə, 40 manat cərimə olunacaqlar.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728