Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəməni yenidən bombalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı husilərin nəzarətində olan Saba xəbər agentliyi yayıb.
Yəmənin Taiz şəhərinə endirilən aviazərbələr zamanı 43 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Dağıntılar altında xeyli sayda vətəndaşın olduğu qeyd edilib. Əraziyə xilsetmə qüvvələri zəlb olunub.
Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilib.



