Yəmənin Dali şəhərində yol kənarına yerləşdirilən minanın partlaması nəticəsində 20 Husi silahlısı ölüb.
Müsavat.com-un məlumatına görə, mina ölkənin cənubundakı Dali şəhərinin Senah bölgəsində Xalq Müqavimət Komitələri tərəfindən yol kənarına yerləşdirilib və silahlı Husi nümayəndələrini daşıyan 2 hərbi maşın keçərkən partlayıb. Xeyli sayda yaralıların olduğu da bildirilib.
Qeyd edək ki, Yəmənin cənubundakı şəhərlərdə devrilmiş prezident Əli Abdullah Salehi ilə Husilərə bağlı qüvvələr və prezident Əbdülrəbbi Mənsur Hadini dəstəkləyən qüvvələr arasında qarşıdurmalar davam edir.