Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Qərarın Yəməndə qida çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə humanitar böhranı dərinləşdirəcək bir inkişaf baş verib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı gələn aydan etibarən qida çatışmazlığının qarşısının alınması proqramını dayandıracağını açıqladı.
Səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib.
Bildirilib ki, növbəti 6 aylıq plan üçün tələb olunan maliyyə vəsaiti 1 milyard dollar hesab edilsə də, bu məbləğin 28 faizi toplanıb.
Ümumdünya Ərzaq Proqramının dərc etdiyi hesabata görə, qərar Yəməndə qida çatışmazlığından əziyyət çəkən təxminən 2,5 milyon insana təsir edəcək.
Şayəstə Hüseynova




