"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm” – Musa Pənahov haqqında SENSASİON İDDİA

25 Fevral 2017 - 09:32
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

 

Azərbaycan zənginləri belə “ağlayır”; Ləğv edilən nazirliyin ikinci şəxsi Musa Pənahov korrupsiya yolu ilə əldə etdiyi varidatını qorumaq üçün əl-ayağa düşüb; o, moldovalı milyarder qudasının dəstəyi ilə Azərbaycanda vəzifə “almağa” çalışır; “Megapolis” klubu niyə satışa çıxarılıb…

Ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahov ölkəni tərk edə bilər. Musavat.com-a bu barədə məlumat verən mənbə iddia edir ki, sabiq nazir müavini Musa Pənahov Nəqliyyat, Rabitə v.ə Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müavin təyin edilməyəcəyi təqdirdə Azərbaycanı tərk edəcək. O, bu haqda yaxın ətrafına deyib. M.Pənahov hətta gedəcəyi ölkəni də müəyyən edib. Bu, onun qudasının da keçmiş prezidenti olduğu Moldovadır.
Mövzuya keçmədən öncə qısa bir xatırlatma edək. Sabiq nazir müavini Musa Pənahov bir neçə il öncə 1 milyardlıq sərvətə malik Moldova eks-prezidenti Vladimir Voroninin qızını öz nəvəsinə izdivac etmişdi.
Sabiq nazir müavininin oğlu Fuad Pənahovun Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə necə tanış olmasına da qısa nəzər salaq. “İnfotag” və “Publika” portallarına istinadən Rusiya qəzetləri yazır ki, gənclər 3 il öncə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.

Image result for musa pənahov
İzdivac baş tutduqdan sonra isə M.Pənahov boş oturmayıb və Azərbaycanda olan külli miqdarda sərvətini Moldovaya köçürməyə başlayıb.
M.Pənahov moldovalı qudası ilə birgə demək olar ki, bu ölkədə bütün biznes sahələrində mövcuddurlar.
Sabiq nazir müavini haqqında ən maraqlı iddia isə budur ki, o, yarandığı gündən bu yana 15 ildir yüksək post tutduğu Nəqliyyat Nazirliyinin ləğvini, dolayısı ilə nazir müavini vəzifəsini itirməsini həzm edə bilmir. Belə ki, iki nazirliyin birləşməsindən sonra yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də nazir müavini olmaq arzusundadır. Pənahov bunun üçün bütün əlaqələrini işə salıb, hətta qudasından da yardım istəyib. M.Pənahov digər tərəfdən isə nazir müavini olma şansının aşağı olduğunu hesablayaraq biznesini də ölkədən çıxarır.

Image result for Megapolis” Baku
Hətta bu gün paytaxtın ən məşhur klublarından olan və yaxşı gəlir verən “Megapolis” klubunu da satışa çıxarıb. Düzdür, bu satış “elanı” gizli saxlanılır, lakin oğul Pənahov bu barədə imkanlı dostlarına təklif edib.

Image result for Megapolis Bakı Musa pənahovun oğlu
Bundan əlavə tikinti sektorunda böyük tenderlər “udan” oğul Pənahov bu tenderlərdən qazandığı milyonların bir qismini xaricə çıxarmağa müvəffəq olsa da bir hissəsini Azərbaycanda investisiya kimi istifadə edib. İndi isə Pənahovlar ailəsinin əsas qayəsi bu şirkətləri tez bir zamanda sataraq nağd pula çevirməkdir. Heç şübhəsiz ki, satışdan əldə olunacaq həmin vəsait isə hansısa xarici ölkələrdə yeni investisiyalar, ortaqlıqlar üçün istifadə olunacaq.
Hər halda, bunu zaman göstərəcək. İndi isə görünən budur ki, vəzifə itkisi sabiq nazir müavinini yaxşıca əl-ayağa salıb…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bütün xahiş və müraciətlərə baxmayaraq Lapşin işini sona çatdırmaq lazımdır”

Next Post

İrandan neftin qiyməti ilə bağlı proqnoz

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

İrandan neftin qiyməti ilə bağlı proqnoz

AB-nin Türkiyəyə cavabını 20 ildir bilirik - Mallok

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.