Keçmişdən bu günə qədər yadplanetlilər və ya UFO-lar gördüyünü iddia edən bir çox insan var.
Elchi.az xəbər verir ki, bu müəmmalı iddialarla bağlı NASA-dan açıqlama gəlib.
Prinston Universitetinin müəllimi, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) adətən UFO kimi tanınan naməlum hava obyektlərini araşdırmaq üçün yaratdığı idarə heyətinin sədri David Spergel, fövqəlbəşəri fəaliyyətin məhsulu sayıla biləcək heç bir şeyə hələ də rast gəlmədiklərini söyləyib.
NASA-nın hərbi, akademik və özəl şirkətlərdən ibarət idarə heyəti naməlum hava obyektlərini tədqiq edərək, 16 mütəxəssisdən ibarət komanda ilə işlərinə dair brifinq keçirib.
Spergel, şuranın iyul ayında açıqlanması planlaşdırılan hesabatının ilk nəticələrinə dair 4 saatlıq brifinqə rəhbərlik edərkən, bir çox alim, həmçinin Müdafiə Departamentinin, Federal Aviasiya Administrasiyasının (FAA) məsul şəxsləri ilə yanaşı, məruzəçi kimi iclasda iştirak edib.
İclasda çıxış edən Müdafiə Nazirliyinin Hərtərəfli Anomaliyalarla Mübarizə İdarəsinin direktoru Dr. Sean Kirkpatrick, indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox məlumat aldıqlarını, ayda 50-dən 100-ə qədər hesabat aldıqlarını söyləyib.
Yığıncaqda yaxınlarda çəkilmiş bir görüntünü paylaşan Kirkpatrick, üç nöqtə şəklindəki parlaq cismin göründüyü, bu görüntünün ABŞ üzərində kəşfiyyat uçuşu edən P-3 təyyarəsi tərəfindən çəkildiyini və pilotların təyyarə obyektləri tuta bilmədiklərini söyləyib.
Kirkpatrick daha sonra qeyd etdi ki, obyektlər əslində P-3 pilotlarının düşündüyündən çox uzaqda, hava limanına enmək üzrə olan təyyarələrdir.
Kirkpartrik deyib ki, onların ixtiyarında geniş nəzarət alətləri var, lakin beynəlxalq məhdudiyyətlər də qlobal araşdırmanı çətinləşdirir.
Çin köpüyü hadisəsindən sonra ABŞ-da UAP müşahidələrində artım
İclasda çıxış edən FAA-nın Hava Trafikinə Nəzarət Xidmətləri Ofisinin Texniki Məsləhətçisi “Mike Freie” qeyd edib ki, ABŞ-da 880 mindən çox qeydiyyatdan keçmiş dron var və hər gün on minlərlə pilotsuz uçan aparat uçur.
Bu sistemlərin hava nəzarəti prosesi üçün əhəmiyyətli bir çətinlik yaratdığını ifadə edən Freie, xüsusilə SpaceX-in Starlink fırlatmasından sonra FAA-ya gələn naməlum obyekt hesabatlarının sayında artım olduğunu söyləyib.
Freie, fevral ayında Çin hava şarının aşkar edilərək ABŞ hava məkanından düşməsindən sonra naməlum obyektlərlə bağlı xəbərlərdə “əhəmiyyətli artım” gördüklərini bildirib.
– Yadplanetlilər varmı?
İclasda aşkarlanan obyektlərin arxasında “qeyri-insan zəkasının” olub-olmadığı sualı verilib.
George Mason Universitetinin Hesablama və Məlumat Elmləri üzrə dosenti “Anamaria Berea”, komandanın alimlərdən ibarət olduğunu və məlumatları izləyəcəklərini söyləyib.
Onların vəzifəsinin bu anormal görüntüləri daha necə araşdıracaqlarına dair bir yol xəritəsi və çərçivə yaratmaq olduğunu qeyd edən Berea, “Fövqəladə iddialar fövqəladə dəlil tələb edir. Kainatda tək olub-olmadığımız sualı, yəqin ki, həyatımızın ən böyük suallarından biridir”,-deyə bildirib.
Eyni sualı cavablandıran Spergel belə fövqəladə sübutların hələ ekspertlər tərəfindən görülmədiyini vurğulayıb.
NASA-nın işlərinin böyük hissəsinin Yer kürəsindən kənarda “hər hansı formada həyat axtarışı” olduğunu ifadə edən Spergel, “Həyat axtarışı həqiqətən əhəmiyyətlidir. Biz hələ Yerdən kənarda həyat tapmamışıq, ancaq onu axtarırıq”
NASA-nın Yerdən kənarda həyatın olduğu aşkar edilərsə, nə edəcək sualını cavablandıran amerikalı alim bildirib ki, Yerdən kənarda həyatın həqiqətən mümkün olub-olmaması agentliyi maraqlandıran ən böyük sualdır, lakin hələ də sübut tapmayıblar.
Nuranə Məmmədova





